Nikifor Qriqora (yun. Νικηφόρος Γρηγοράς; təq. 1295[1][2][…] – 1360[2][3][…], Konstantinopol) — Bizans filosofu, ilahiyyatçısı, tarixçisi, astronomu, yazıçısı.
Nikifor Qriqora | |
---|---|
yun. Νικηφόρος Γρηγορᾶς | |
Doğum adı | Νικηφόρος Γρηγορᾶς |
Doğum tarixi | təq. 1295[1][2][…] |
Vəfat tarixi | 1360[2][3][…] |
Vəfat yeri | |
Elm sahələri | tarix, astronomiya, fəlsəfə, Okkultizm |
Kiçik Asiyada Bizans mülklərinin qalıqları üçün olduqca çətin bir dövrdə, təxminən 1293-cü ildə Pont Herakleyasında anadan olmuşdur. Sistemli türk hücumları 1269-cu ildən sonra Konstantipoldan Herakleya yolu yenidən piyada xristianlar üçün təhlükəli hala gətirmişdi.[4] 1280-ci ilə qədər Herakleya ətrafı köçəri türklərin və türkmənlərin qoşunları tərəfindən işğal edildi. Yunan əhalisi şəhərin divarlarına sığınmaq məcburiyyətində qalmış, Konstantinopol ilə əlaqə yalnız dəniz yolu ilə təmin edilirdi. Təxminən 1313-cü ildə Nikiforos daha təhlükəsiz Konstantinopola köçmüşdür.[5]