Nikola Abbanyano (it. Nicola Abbagnano) - italyan filosofu, Turin Universitetinin professoru.
Nikola Abbanyano | |
---|---|
it. Nicola Abbagnano | |
Doğum tarixi | |
Doğum yeri | Salerno, İtaliya |
Vəfat tarixi | (89 yaşında) |
Vəfat yeri | Milan, İtaliya |
Fəaliyyəti | filosof, yazıçı, universitet müəllimi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Abbanyano Jan Pol Sartrın neqativ ekzistensializminə əks olan pozitiv ekzistensializmin banisi. Alman və italyan idealizmindən çıxış edən Abbanyano insanın mövcudluğunun qeyri-müəyyən və problemli olması fikrindədir. Abbanyanoya görə, sonuncu varlıq olan və həyatda öz qorxu və riskləri ilə hərəkət edən insanın azadlığı hər zaman seçimin seçimi aktlarında realizə edilməlidir, elə bir seçimin ki, hər bir özün dən sonrakı seçim imkanının qarşısını almır. Abbanyanonun təlimində seçimin nəticələrindən daha çox insanın öz şansını həyata keçirmək üçün istifadə etdiyi alətlərin təhlili mühüm əhəmiyyət daşıyır. Sonradan Abbanyanonun bilik, elm və texnologiya məsələlərinə müraciət etməsi də bununla bağlıdır. Filosof eyni zamanda italyan empiriksosiologiyasının banilərindən biridir.