Paulesku Nikolae (30 oktyabr 1869[1], Buxarest[1] – 17 iyul 1932 və ya 19 iyul 1931[2], Buxarest) — Rumıniya fizioloqu, tibb elmləri professoru və ən çox patent almış pankrein daxil olmaqla, diabetlə bağlı işi ilə tanınan bir siyasətçi idi. Həm də Milli Xristian İttifaqının və Rumıniya Milli Xristian Müdafiə Liqası həmtəsisçisi kimi tanınır.
Nikolae Paulesku | |
---|---|
rum. nicolae paulescu | |
Doğum tarixi | 30 oktyabr 1869[1] |
Doğum yeri | |
Vəfat tarixi | 17 iyul 1932 (62 yaşında) və ya 19 iyul 1931[2] (61 yaşında) |
Vəfat yeri | |
İş yeri | |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Buxarestdə zəngin tacir ailəsində anadan olub, 1888-ci ildə bu şəhərdə orta məktəbi bitirmiş, uşaqlıqdan təbiət elmləri və dillərində xüsusilə fərqlənmişdir (xüsusilə, erkən yaşda latın, yunan və fransızca danışmışdır).
1897-ci ildə Paris Tibb fakültəsini bitirmiş, dərhal sonra Notre-Dame du Perpétuel-Secours Paris Xəstəxanasında assistent cərrah olaraq təyin olunmuş və işə başlamışdır. 1897-1898-ci illərdə "Journal de Médecine" də işləmişdir. Eyni zamanda Paris Universitetində kimya və ümumi fiziologiyanı tədris etmiş, 1899-cu ildə magistr dərəcəsi almışdır.[3]
1900-cü ildə Rumıniyaya qayıdır, burada Buxarest Universitetinin Tibb Fakültəsində Fizioloji kafedrasında vəzifə alır və Buxarest şəhərindəki San Vincent de Paul Xəstəxanasında Professor dərəcəsini qazanır.
1905-ci il fevralın 11-də fiziologiya kafedrasına təhbərlik edib və ömrünün sonunadək bu vəzifədə qalır.
1916-cı ildə pankreanın prototipini sintez etməyə müvəffəq oldu (təcrübəsi diabetli bir it üzərində aparıldı), lakin bu araşdırmalara sonra yalnız birinci dünya müharibəsindən sonra qayıtdı. 1921-ci ilin Aprel və iyun aylarında nəşr olunan dörd məqalədə Parisdə etdiyi araşdırma nəticələrini dərc etdi.[4]
Paulesku, 10 aprel 1922-ci ildə pacrein istehsal üsulu üçün patent almaq istədi, lakin klinik sınaqlarını insanlar üzərində aparmadığı üçün Kanadalı Banting və McLeod rəsmi olaraq insulin ixtiraçısı olaraq qəbul edildi və nəticədə bu ixtira üçün Nobel mükafatı aldılar.[5]
1990-cı ildə o, ölümündən sonra Rumıniya Elmlər Akademiyasının üzvü seçilib, 1993-cü ildə Rumıniya Diabet Araşdırma İnstitutuna onun adı verilmişdir.
Paulesku da ardıcıl antisemitizm ilə tanınmışdı.[6]
1928-ci ildə "Degenerarea rasei jidăneşti"( "Yəhudi irqinin degenerasiyası") adlı kitabını nəşr etdi, xüsusilə də, yəhudilərin beyninin " Ariçilik irqinə" məxsus insanların beynindən daha az olduğunu sübut etməyə çalışdı.[7]
Yəhudilər arasında aşağı beyin ağırlığının olduğu iddialarına əsasən, Anadolu Frans, Albert Eynşteyn və Henri Berqson, yəhudi degenerasyonunun ən açıq nümunələri olaraq göstərildi. 2003-cü ildə Fransanın yəhudi icmalarından gələn etirazlar səbəbi ilə bu ölkədə büstü qoyulmadı. Rumıniyalı yəhudi akademik Nikola Kadjalin fikrincə, Pauleskunun elmə bəxş etdiyi töhfəni onun anti-semit fikirlərindən ayırmaq lazımdır.
1920-ci illərdə Paulesku, Rumıniyada Darvinin təkamül nəzəriyyəsinə qarşı çıxanlardan biri kimi tanındı.
Məqalələrdən birində o, "Rumıniya tibbində faşizmin əsas ideologiyası" adlandırılır. 1922-ci ildə Avropanın ilk xristian birliyi Partiyasının həmtəsisçisi olmuşdur.
Paulesku, 1931-ci ildə Buxarestdə vəfat etmişdir.