Nikolay Baratov

Nikolay Nikolayeviç Baratov (rus. Николай Николаевич Баратов; 1 fevral 1865, Vladiqafqaz22 mart 1932, Paris) — Birinci Dünya müharibəsiRusiyada vətəndaş müharibəsi illərində Rusiya İmperator Ordusunun generalı.[1]

Nikolay Baratov
rus. Николай Николаевич Бараташвили
Şəxsi məlumatlar
Doğum tarixi 1 fevral 1865(1865-02-01)
Doğum yeri
Vəfat tarixi 22 mart 1932(1932-03-22) (67 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü süvari
Rütbəsi tam süvari generalı[d]
Döyüşlər
Təltifləri 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni "Fəxri Legion" ordeni komandoru 2-ci dərəcəli "Şiri-Xurşid" ordeni "İgidliyə görə" qızıl qılıncı Order of noble Bukhara
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Nikolay Nikolayeviç Baratov 1 fevral 1865-ci ildə Rusiya imperiyasının Terek vilayətinin Vladiqafqaz şəhərində anadan olmuşdur. Etnik gürcüdür. O, həmçinin Terek kazaklarının atamanı idi. 1882-ci ildə hərbi xidmətə getmiş, 1885-ci ildə Konstantinovski Artilleriya Məktəbini və Sankt-Peterburq Hərbi Mühəndis-Texniki Universitetini (Nikolayevski) bitirmişdir. Terek kazak ordusunun 1-ci Sunca-Vladiqafqaz alayına təyin edilmiş və həmin ilin dekabrında sotnik rütbəsinə yüksəlmişdir.

1891-ci ildə Nikolayev Baş Qərargah Akademiyasını kapitan rütbəsi ilə bitirmiş və Qafqaz Hərbi Dairəsinə xidmətə təyin edilmişdir. O, 1893–1894-cü illərdə draqunlar eskadrilyasına komandanlıq etmiş, 1895–1897-ci illərdə Stavropol Kazak Kadet Məktəbinə təlimatçı təyin edilmişdir. 1900-cü ilin iyulunda süvarilərdə polkovnik rütbəsi almışdır. 29 mart 1901-ci ildə 1-ci Sunca-Vladiqafqaz alayının komandiri təyin edilmiş və Rusiya–Yaponiya müharibəsi zamanı döyüşlərdə göstərdiyi hərəkətlərə görə ""Müqəddəs Anna"" ordeni Qızıl qılıncı ilə təltif edilmişdir. O, general-mayor rütbəsinə yüksəlmiş, 1905-ci ilin avqustundan 1906-cı ilin martına qədər Konsolidasiya edilmiş Süvari Korpusunun qərargah rəisi olmuşdur. 1907-ci ilin iyulundan 2-ci Qafqaz Ordusu Korpusunun qərargah rəisi vəzifəsində çalışmış, 26 noyabr 1912-ci ildə general-leytenant rütbəsinə yüksəlmişdir.

Birinci Dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]

Birinci Dünya müharibəsi başlayandan sonra Qafqaz cəbhəsində 1-ci Qafqaz kazak korpusuna rəhbərlik etmiş və Sarıqamış döyüşündə yer tutmuşdur. İran kampaniyası zamanı Baratov 5 avqust 1915-ci ildə Qarakilsə döyüşündən sonra Kərim Paşanın arxa qoşunlarını məğlub etməkdə müvəffəq olmuşdur. Onun vəzifəsi Georg fon Kanitsin başçılığı altında İranda yerləşdirilmiş almanpərəst qüvvələrə qarşı çıxmaq və Rusiya qüvvələrini İrandakı Britaniya ekspedisiya qüvvələri ilə əlaqələndirmək idi. 1915-ci ilin oktyabrında Bəndər-i Ənzəliyə enmiş və 3 dekabr 1915-ci ildə Həmədanı ələ keçirmişdir. QumKirmanşahın işğalı ilə Baratovun tabeliyində olan Rusiya qüvvələri İranı Osmanlı Türkiyəsindən faktiki olaraq təcrid etmiş və bununla da Antanta dövlətləri üçün İranı təmin etmişdir. Baratov 1916-cı ilin oktyabrında IV dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif edilmişdir. 24 mart 1917-ci ildə Rusiyaya qayıtdıqdan sonra Qafqaz Hərbi Dairəsinə komandanlıq etmişdir. 25 may 1917-ci ildə 5-ci Qafqaz Ordu Korpusunun komandiri təyin olunmuş, lakin Kut döyüşündə ingilislərin məğlubiyyətindən sonra türklər Baratovu İrana qayıtmağa məcbur edərək kütləvi hücuma keçmişdir. O, 8 sentyabr 1917-ci ildə süvari generalı olmuşdur.

Rusiyada vətəndaş müharibəsi

[redaktə | mənbəni redaktə et]

1917-ci il Oktyabr inqilabından sonra Baratov öz korpusunu dağıtmış və beş ay Britaniya Hindistanında sürgündə yaşamışdır. O, Rusiyada vətəndaş müharibəsi zamanı Ağ hərəkatına qoşulmuşdur. 1919-cu ilin iyununda antisovet Könüllü orduCənubi Rusiya Silahlı Qüvvələrinin lideri general Denikin Baratovu Gürcüstan Demokratik Respublikası ilə qeyri-münasib münasibətləri nizamlamaq üçün göndərmiş və Gürcüstanın şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək vəd etmişdir. Ağ hərəkat qüvvələri Gürcüstandan keçmişdir. 13 sentyabr 1919-cu ildə Tiflisdə törədilmiş terror hadisəsi zamanı Baratov ağır yaralanmış, ayağı amputasiya edilmişdir. 1920-ci ilin martından aprel ayına qədər Baratov Cənubi Rusiya hökumətinin xarici işlər naziri vəzifəsində çalışmışdır. 1920-ci ilin noyabrında Ağ hərəkatın son məğlubiyyətindən sonra Fransada sürgündə yaşamış, burada müxtəlif rus mühacir təşkilatlarına rəhbərlik etmişdir.

  1. "Nikolai Nikolaevich Baratov papers". digitalcollections.hoover.org (ingilis). 2022-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-27.