Nikolay Dubrovski

Nikolay Aleksandroviç Dubrovski — rus tarixçisi, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin təklifi əsasında Bakı Dövlət Universitetinin təsis olunması üçün yaradılmış komissiyanın üzvü.[1][2]

Nikolay Dubrovski
Nikolay Aleksandroviç Dubrovski
Şəxsi məlumatlar
Fəaliyyəti tarixçi

Komissiyanın 1919-cu il mayın 21-də keçirilən ilk iclasında Bakı Dövlət Universitetini lazımi avadanlıq və vəsaitlə təmin etmək üçün yaradılan kitabxana yarımkomissiyasının sədri, mənzil yarımkomissiyasının isə üzvü seçilmişdi.

Dubrovski Bakı Dövlət Universiteti tarix-filologiya fakültəsinin ilk dekanı olmuş[3], universitetin yüksək ixtisaslı professor-müəllim kadrları ilə təmin edilməsində fəal çalışmışdır. Bu məqsədlə sentyabrın sonlarında rektor V. İ. Razumovski ilə birlikdə Rusiyanın cənubundakı universitet şəhərlərinə ezam olunmuşdu. 1919-cu il noyabrın 15-də universitetin açılış günü ümumi tarixdən ilk mühazirəni Dubrovski oxumuşdu. O, universitetin ümumi tarix kafedrasının professoru idi. Dubrovski 1922-ci ilin noyabrınadək tarix-filologiya fakültəsinin dekanı olmuş, 1923-cü ilin yanvarından Moskva Universitetinə keçməsi ilə əlaqədar olaraq Bakı Dövlət Universitetindən ayrılmışdır.[4]

  1. "Arxivlənmiş surət" (PDF). 2016-05-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-03-14.
  2. "К. Ю. Лаппо-Данилевский. Комментарий: М. С. Альтман. Разговоры с Вячеславом Ивановым". www.v-ivanov.it. 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-14.
  3. "Филологический факультет - Бакинский Государственный Университет - STUDENTS.AZ – Education Platform". students.az. 2024-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-14.
  4. Nikolay Dubrovski // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 338. ISBN 9952-417-14-2.