Koşman, Nikolay Pavloviç (5 aprel 1944) — RF-nın dövlət xadimi, general polkovnik; 1995–1996-cı illərdə Çeçen Respublikası hökumətinin Baş nazir müavini; 13.04.1996-cı ildən 1996-cı ilin noyabrına qədər Çeçen Respublikası hökumətinin sədri.[1]
Nikolay Koşman | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 aprel 1944 (80 yaş) |
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya |
Qoşun növü | Avtomobil qoşunları |
Rütbəsi | general-polkovnik |
Vikianbarda əlaqəli mediafayllar |
O, Ukrayna SSR-in Kirovoqrad vilayətinin Yeni — Georgievka rayonunun Mironovka kəndində anadan olub.
O, Dnepropetrovsk Avtomobil Yolları Texnikumunda, Ussuriya hərbi avtomobil məktəbində, hərbi akademiyanın cəbhə arxası və nəqliyyat üzrə rabitəçi hərbi mühəndis ixtisası üzrə təhsil alıb.
Sovet dövründə dəmiryol qoşunlarında taqım komandirindən korpus komandirinə qədər müxtəlif vəzifələrdə çalışıb. Çernobıl AES-in qəza vəziyyətinin aradan qaldırılmasında iştirak edib. 1991-1995-ci illərdə dəmiryol qoşunlarında komandan müavini olub. 1994–1995-ci lərdə Çeçen Respublikası ərazisində dəmiryolunun bərpa olunmasında iştirak edib.
1995–1996-cı illərdə Çeçen Respublikası hökumətinin Baş nazir müavini (rəis D. Q. Zavqayev). 1996-cı ildə RF Prezidentinin səlahiyyətli nümayəndəsi kimi Çeçen Respublikasına (O. İ. Lobovun yanına) müvəqqəti ezam olunub.
13.04.1996-cı ildən 1996-cı ilin noyabrına qədər Çeçen Respublikası hökumətinin sədri olub.
1997-ci ildən RF rabitə nazirinin müavi O, RF Təhlükəsizlik Şurasının katibi olan A. İ. Lebedin 30.08.1996-cı ildə Xasavyurd müqaviləsinə imza atdığına görə pisləyib.
1997-ci ilin iyulundan 1998-ci ilin mayına qədər o, rabitə nazirinin müavini olmaqla yanaşı, RF-in Xüsusi Federal Tikinti Xidmətinə rəhbərlik edib. General-polkovnikdir.
1999-cu ilin aprelindən stats-sekretar və RF rabitə nazirinin müavini olub.
15.10.1999-cu ildən 08.06.2000-ci ilə qədər Rusiya Federasiyası hökumətinin müavini — Çeçen Respublikasında Rusiya Federasiyası hökumətinin səlahiyyətli nümayəndəsi təyin edilib.
Çeçen iqtisadiyyatının bərpa olunması üzrə federal orqanların icra hakimiyyətlərinin fəaliyyətini əlaqələndirmişdir.
16.11.1999-cu ildən Rusiya Federasiyası hökumətinin rəyasət heyətinin üzvü oldu.
08.06.2000-ci ildə prezident V. V. Putin Çeçenistanda Baş nazirin müavini dərəcəsi olan N. P. Koşmanın rəhbərlik etdiyi RF nümayəndəliyini ləğv etdi.
30.10.2002-ci ildən 08.04.2004-cü ilə qədər RF-in dövlət tikinti idarəsinin sədri olub. N. P. Koşmanın oğlu Moskva vilayəti hökumətinin sədr müavinidir.[1]