Nikolay Alekseyeviç Serdobov (rus. Николай Алексеевич Сердобов; 9 may 1916, Samara – 7 aprel 1986) — rus yazıçı, şair, tarixçi və tənqidçi. Tıva Sovet Sosialist Respublikasının elmi araşdırmalarının tanınmış araşdırmaçısı.[1]
Nikolay Serdobov | |
---|---|
Николай Алексеевич Сердобов | |
Doğum tarixi | |
Doğum yeri | Samara, Rusiya imperiyası |
Vəfat tarixi | (69 yaşında) |
Fəaliyyəti | yazıçı, tarixçi, müəllim |
Nikolay Serdobov 9 may 1916-cı ildə Kuybışev (indiki Samara) şəhərində anadan olmuşdur. 1940-cı ildə Moskvada Lenin İnistitutunu bitirmişdir. 1940-1946-cı illərdə Sovet ordusunun döyüşçüsü olmuş və Berlinə qədər getmişdir. 1946-cı ildə təhsil çalışmaları üçün Tıvaya göndərilmişdir. Tuva oblast komitəsinin təhsil şöbəsinin rəhbərliyinə, inistitut katibliyinə, rəhbər müaviliyinə qədər yüksəlmişdir. 10 il boyunca Tuva Muxtar Sovet Sosialist Respublikası Ali Şurası rəhbərinin müavini olaraq işləmişdir. 7 aprel 1986-cı ildə vəfat etmişdir.[2]
9 may 2011-ci ildə Nikolay Serdobovun 95 illiyi münasibətiylə Tıva Sosial Elmlər İnistitutu tərəfindən yazılı abidə ucaldılmışdır.[3]