Nikpur Mirhüseyn oğlu Cabbarlı (16 aprel1968, Bakı) — ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, dosent, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2010). Nikpur Cabbarlı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiridir.[1]. Nikpur Cabbarlı Azərbaycan mühacirət ədəbiyyatı üzrə tanınmış mütəxəssisdir.
Nikpur Mirhüseyn oğlu Cabbarlı 1968-ci il aprelin 16-da Bakıda anadan olmuşdur. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini (1994) və Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasını (1997) bitirmişdir. 1998-ci ildə "Azərbaycan mühacirət ədəbiyyatşünaslığında klassik irs problemi" mövzusunda namizədlik (fəlsəfə doktoru), 2017-ci ildə isə "XX əsr Azərbaycan mühacirət ədəbiyyatı (türkdilli örnəklər əsasında)" mövzusunda elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Filologiya elmləri doktoru (2017), dosentdir (2006). Azərbaycan mühacirət ədəbiyyatına dair 6 monoqrafiyanın, onlarla məqalənin, bir neçə tərtib işinin müəllifi Nikpur Cabbarlı bu sahədə mötəbər söz sahibi olan mütəxəssis kimi tanınır.
Nikpur Cabbarlı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 28 il ərzində müxtəlif vəzifələrdə çalışmışdır. Bu dövr ərzində aspirantlıqdan elmi katib və şöbə müdiri vəzifələrinə qədər yüksəlmişdir. O, 1998–2004-cü illər arasında İnstitutda elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışıb. 1996-cı ilin mayından 2003-cü ilin sentyabrınadək İnstitut Gənc Alimlər Birliyinin sədri olub. 2004-cü il sentyabrın 20-dən 2013-cü il iyulun 16-dək İnstitutun elmi katibi vəzifəsində səmərəli fəaliyyət göstərib, elmi-təşkilati işin akademik prinsiplər əsasında qurulmasında, elmi tədqiqatların təşkilinin müasir tələblər səviyyəsinə qaldırılmasında, bu işlə əlaqədar normativ-hüquqi aktlara ciddi riayət edilməsində prinsipiallıq göstərib.
Nikpur Cabbarlı 1996-cı ilin may ayından etibarən İnstitut Elmi Şurasının üzvüdür. 2007-ci ilin iyulundan 2009-cu ilin dekabrınadək Ədəbiyyatşünaslıq üzrə Problem Şurasının da elmi katibi kimi çalışıb. Çoxcildli "Azərbaycan ədəbiyyatı tarixi" Baş Redaksiya Şurasının üzvü (2007–2013), həmin nəşrin 2004-cü ildə çapdan çıxmış I cildinin məsul katibi, hazırlanmaqda olan VI cildinin məsul katibi (2003–2006), məsul redaktorunun müavini olub (2007–2013). Hazırda həmin nəşrin VII cildinin məsul redaktorlarından biri, indiyədək 5 cildi nəşr olunmuş "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasının baş redaktorunun müavinidir.
Nikpur Cabbarlı "Əhməd Cəfəroğlunun ədəbiyyatşünaslıq irsi" (2001), "Mühacirət və klassik ədəbi irs" (2003), "Abay Dağlının mühacirət dövrü yaradıcılığı" (2009), "Azərbaycan mühacirət nəsri" (2011), "Mühacirət və XX əsr Azərbaycan ədəbiyyatı məsələləri" (2015) monoqrafiyalarının, "Azərbaycan mühacirət poeziyası (icmallar və portretlər)" (2014), "Elçin və Azərbaycan mühacirətşünaslığının problemləri (araşdırma və tərtib)" kitablarının, nüfuzlu yerli və xarici elmi nəşrlərdə dərc olunmuş 50-yə yaxın məqalə və konfrans materialının müəllifi, "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" monoqrafiyasının (2009) həmmüəllifi, bir neçə kitabın tərtibçisi, rəyçisi, elmi və məsul redaktorudur. Bir sıra Beynəlxalq və Respublika miqyaslı elmi konfrans və simpoziumlarda məruzələr etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2015-ci ildə elan edilmiş əsas qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş "Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, inkişaf mərhələləri və problemləri" mövzusunda kompleks elmi tədqiqat layihəsi Nikpur Cabbarlının rəhbərliyi ilə uğurla icra edilmişdir (aprel 2017 — aprel 2019).
AMEA Rəyasət Heyətinin 12 dekabr 2005-ci il tarixli 24/1 №-li qərarı ilə N. Cabbarlı səmərəli elmi və elmi-təşkilati fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif edilmişdir. Azərbaycan MEA Rəyasət Heyətinin 25 dekabr 2013-cü il tarixli 25/13 №-li qərarı ilə Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyi münasibətilə elmi və ictimai fəaliyyətdə fərqləndiyinə görə o, ikinci dəfə AMEA-nın Fəxri Fərmanına layiq görülmüşdür.
N. Cabbarlı 26 may 2010-cu ildə "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" kollektiv monoqrafiyasının müəlliflərindən biri kimi Azərbaycan Respublikasının Ədəbiyyat üzrə Dövlət Mükafatına layiq görülmüşdür.[50]
↑Sabir mühacirət ədəbiyyatşünaslığında.// "Ədəbiyyat qəzeti", 30 may 1997, 0,4 ç.v.
↑Mühacirət ədəbiyyatşünaslığında XVIII əsr Azərbaycan ədəbiyyatı məsələləri.// "Filoloji araşdırmalar", VII kitab (Ədəbi gəncliyin axtarışları). Bakı, 1998, s. 18–22.
↑Mirzə Fətəli Axundzadə Azərbaycan mühacirət ədəbiyyatşünaslığında.// Azərbaycan EA-nın Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, 1998, № 1–2, s. 15–22.
↑Əhməd Cəfəroğlunun folklorşünaslıq irsi.// Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. VIII kitab. Bakı: Səda, 1999, s. 167–172.
↑Əhməd Cəfəroğlunun "Azəri ədəbiyyatında istiqlal mücadiləsi" əsəri.// Ədəbiyyat Məcmuəsi (Nizami adına Ədəbiyyat İnstitutunun Əsərləri). XVII cild. Bakı: Ağrıdağ, 1999, s. 266–273.
↑Əhməd Cəfəroğlunun Azərbaycan ədəbiyyatı tarixinə baxışı.// Azərbaycan EA-nın Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, 2000, № 3–4, s. 11–24.
↑Mirzə Bala Məhəmmədzadə və klassik ədəbi irs.// Azərbaycan MEA-nın Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, 2001, № 1–2, s. 103–109
↑Almas İldırımın mühacirət dövrü yaradıcılığı.// Azərbaycan MEA-nın Xəbərləri. Humanitar və ictimai elmlər seriyası, 2002, № 1–2, s. 166–175.
↑Azərbaycan mühacirət ədəbiyyatında milli-mənəvi dəyərlər problemi (Abay Dağlının "Okullular" pyesi əsasında). // Azərbaycan MEA-nın Məruzələri, 2002, № 5–6, s. 328–333.
↑Mühacirət poeziyasında azərbaycançılıq. // Azərbaycan MEA-nın Xəbərləri. Humanitar və ictimai elmlər seriyası, 2003, № 1–4, s. 184–192.
↑Azərbaycan mühacirət dramaturgiyasında Anadolu istiqlal savaşının inikası (Abay Dağlının pyesləri əsasında). // Azərbaycan MEA-nın Xəbərləri. Humanitar elmlər seriyası, 2004, № 1, s. 24–32.
↑Azərbaycan mühacirət dramaturgiyasında sənətkar və zaman problemi. // Ədəbiyyat Məcmuəsi (Nizami adına Ədəbiyyat İnstitutunun Əsərləri). XVIII cild. Bakı: Elm, 2004, s. 286–293
↑Azərbaycan mühacirət ədəbiyyatında totalitar sovet rejiminin ifşası (Abay Dağlının yaradıcılığı əsasında).// Azərbaycan MEA-nın Xəbərləri. Humanitar elmlər seriyası, 2004, № 3–4, s. 66–73.
↑Məhəmmədhüseyn Şəhriyar mühacirət ədəbi tənqidində. // Azərbaycan MEA-nın Məruzələri, 2005, № 4, s. 201–204.
↑Süleyman Təkinər və sovet dövrü Azərbaycan ədəbiyyatı məsələləri. // Azərbaycan MEA-nın Xəbərləri. Humanitar elmlər seriyası, 2007, № 1, s. 22–29.
↑Mühacirət ədəbiyyatşünaslığı və 1920–1930-cu illərdə Azərbaycanda ədəbi proses. // XX əsr Azərbaycan ədəbiyyatı məsələləri (tematik toplu) – I kitab, Bakı: Elm, 2006, s. 49–63.
↑Stalinizmi ifşa edən əsər (M. Ə. Rəsulzadənin "Stalinlə ixtilal xatirələri"). // Azərbaycan MEA-nın Xəbərləri. Humanitar elmlər seriyası, 2007, № 4, s. 10–16.
↑Mustafa Teymur Atəşlinin poeziyasına dair. // Ədəbiyyat Məcmuəsi (Nizami adına Ədəbiyyat İnstitutunun əsərləri), XX cild, Bakı: Ozan, 2007, s. 35–47.
↑Məhəmmədsadıq Aranın həyat və yaradıcılığına dair. // Naxçıvan Dövlət Universitetinin elmi əsərləri (humanitar elmlər və pedaqogika seriyası). Naxçıvan, 2008, s. 80–84.
↑Azərbaycanlıların soyqırımı mühacir yazarların bədii-publisistik irsində. // Ədəbiyyat Məcmuəsi (Nizami adına Ədəbiyyat İnstitutunun əsərləri), XXI cild, Bakı: Elm, 2008, s. 21–29.
↑Azərbaycan mühacirət nəsrində milli istiqlal hərəkatının inikası. // Ədəbiyyat Məcmuəsi (Nizami adına Ədəbiyyat İnstitutunun əsərləri), XXΙΙ cild, Bakı: Elm, 2009, s. 32–41.
↑Heydər Əliyev və ədəbi proses. // Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı: Şərq-Qərb, 2009, s. 204–226.
↑Əhməd Ağaoğlunun "Sərbəst firqə xatirələri".// Azərbaycan MEA-nın Məruzələri, 2009, № 5, s. 169–175.
↑Azərbaycan mühacirət nəsrində vətəndaş cəmiyyəti problemi (Ə. Ağaoğlunun "Sərbəst insanlar ölkəsində" əsəri əsasında). // Azərbaycan MEA-nın Xəbərləri. Humanitar elmlər seriyası, 2010, № 2. s. 3–10.
↑Mühacir şair Alazan Baycan. // Türk Dili ve Edebiyatı Araştırmaları Dergisi, Sayı/Number: 18, Ocak, Haziran, 2010, s. 263–272.
↑Azərbaycan mühacirət nəsrində "düşərgə mövzusu"na dair. // Naxçıvan Dövlət Universitetinin elmi əsərləri (humanitar elmlər seriyası). Naxçıvan, 2011, № 2 (42), s. 73–76.
↑"Kitabı Dede Korkut" Azerbaycan Muhaceret Edebi-İlmi Düşüncesinde. // İzmir Ege Üniversitesi. Türk Dili ve Edebiyatı Araştırmaları Dergisi, Sayı/Number: 21, Temmuz-Aralık, 2011. s. 41–46.
↑Azerbaycan Muhaceret Edebiyatında Kuzey Kıbrıs olayları. // Atatürk Üniversitesi. Türkiyat Araştırmaları Enstitüsü Dergisi. Erzurum, 2011, № 45. s.83–88.
↑Müseyib (Musa Eyüp) Zeyem ve şiirleri. // Türk Dünyası İncelemeleri Dergisi. İzmir, (Yaz 2014), XIV/I, s. 75–88.
↑Azərbaycan mühacirət poeziyasının araşdırılma vəziyyəti. // Bakı Universitetinin Xəbərləri (Humanitar elmlər seriyası), 2014, № 2, səh. 12–20.
↑Elçin ve Azerbaycan muhaceret edebiyatı araştırmalarının problemleri. // "Yeni Türk Edebiyyatı" dergisi, İstanbul, ekim 2014. № 10, 113–121.
↑The Common Character of Azerbaijan Emigration Literature. // AENSI Journals, 9(11) June 2015, p. 228–237.
↑Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövrü bədii yaradıcılığı və ədəbiyyatşünaslıq fəaliyyəti. // "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyası. I cild. M. Ə. Rəsulzadə. Bakı: Elm, 2016, s.10–58.
↑Azərbaycan mühacirət nəsrinin tədqiqi probleminə dair.// Azərbaycan MEA-nın "Xəbərlər"i (humanitar elmlər seriyası). 2018, № 1, s. 28–33
↑Azərbaycan mühacirət ədəbiyyatşünaslığı və çağdaş ədəbi-elmi fikir.// "Azərbaycan ədəbiyyatşünaslığı", 2019, № 1, s. 178–183.
↑Mənim tanıdığım Yavuz Akpınar. // Türkiye ile türk dünyası arasında bir köprü: Yavuz Akpınar armağanı. Ankara:Bengü, 2018.s. 104–106
↑Türklüyə xidmətin ziyalı örnəyi. // Azərbaycan MEA. "Filologiya və sənətşünaslıq", 2019, № 1, s. 217–219.
↑Mühacirət ədəbiyyatşünaslığında Azərbaycan ədəbiyyatı tarixi konsepsiyası.// Azərbaycan EA aspirantlarının elmi konfransının (may, 1996) materialları. Bakı: Elm, 1996, s. 112–113.
↑Mühacirət ədəbiyyatşünaslığı Xətai poeziyası haqqında.// "Şah İsmayıl Xətai və onun dövrü" beynəlxalq konfransının (Bakı, 24 – 26 sentyabr 1997) tezisləri. Bakı: Xəzər Universiteti nəşriyyatı, 1997, s. 27–29.
↑M. Ə. Rəsulzadə Xaqani haqqında.// Xaqani Şirvaninin anadan olmasının 870 illiyinə həsr edilmiş respublika konfransının tezisləri. Bakı: Xəzər Universiteti nəşriyyatı, 1997, s. 30–31.
↑Füzuli Azərbaycan mühacirət ədəbiyyatşünaslığında.// M. Füzuli – 500 beynəlxalq elmi simpoziumunun (Bakı, 7 – 8 noyabr 1996) materialları. Bakı: Sabah, 1997, s. 127–133.
↑Azərbaycan Xalq Cümhuriyyəti mühacirət ədəbi-elmi fikrində.// Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan EA-nın birgə keçirdiyi gənc alimlərin AXC-nin 80 illiyinə həsr edilmiş ümumrespublika elmi konfransının materialları. Bakı: Elm, 1999, s. 61–62.
↑Azərbaycan mühacirət ədəbiyyatşünaslığının tədqiqinə dair.// Ədəbi-nəzəri fikir iki əsrin qovşağında (respublika konfransının (Bakı, 20 – 21 iyun 2001-ci il) materialları. Bakı: Elm, 2001, s. 204–216.
↑Azərbaycan mühacirət ədəbiyyatı: elmi-nəzəri statusu və xronoloji sərhədləri. // "Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri-metodoloji məsələləri". (Beynəlxalq elmi konfransın materialları). Bakı: Elm, 2010. s. 243–270.
↑Azərbaycan mühacirət ədəbiyyatının tədqiqi perspektivləri. // "Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr" II Beynəlxalq elmi konfransının materialları, Bakı: Elm və təhsil, 2016 s. 11–23.
↑Mirzə Bala Məhəmmədzadənin bədii yaradıcılığında milli istiqlal məfkurəsinin inikası".// Azerbaycan Demokratik Cumhuriyeti'nin Kuruluşunun 100. Yılı Şerefine ve Kurucu Başkanı Mehmet Emin Resulzade ve Arkadaşlarının Anısına Çağdaş Türklük Araştırmaları Sempozyumu’nun Bildirileri. Ankara, 2020 (çapa təqdim edilmişdir).