Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Nina Qriqoryevna Fişeva (27 sentyabr 1930[1], Bakı – 29 avqust 2010, Bakı) 1958–2009-cu illərdə Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivinin rəisi olub.[2][3]
Nina Fişeva | |
---|---|
Doğum tarixi | 27 sentyabr 1930[1] |
Doğum yeri | |
Vəfat tarixi | 29 avqust 2010 (79 yaşında) |
Vəfat yeri |
Bu arxiv ilk dəfə Dövlət Oktyabr İnqilabı Arxivinin Fotosənədlər Şöbəsi adı altında 1930-cu ildə yaradılmışdır. 1943-cü ildə Azərbaycan Mərkəzi Dövlət Kino və Foto Sənədləri Arxivinə çevrildi.
Arxivdə Azərbaycan tarixinin ən mühüm siyasi və mədəni hadisələrini əks etdirən 22 mindən çox film və 400 mindən çox fotosənəd var ki, onlardan ən qədimi 1858-ci ilə aiddir.
Hazırda arxivlərdə qorunub saxlanılan sənədlər müxtəlif yollarla əldə edilmişdir. Bəzilərini Fişeva Moskva, Daşkənd, Tbilisi, Minsk və keçmiş Sovet İttifaqının digər şəhərlərinə etdiyi səfərlərdən gətirib; bəziləri müxtəlif təşkilatlar və qurumlar tərəfindən hədiyyə kimi verildi. İnternet resursları fondu doldurmaq üçün yeni vasitədir, onun sayəsində Arxivlər çoxlu diqqətəlayiq köhnə fotoşəkilləri, məsələn, Köhnə Bakının rəngli fotoşəkillərini əldə ediblər.
Yuliya Qermanoviçin hədiyyə etdiyi unikal fotoşəkillərdən ibarət kolleksiyalar Arxivin xüsusi sərvətləri sırasındadır. Bu fotoşəkillərdə 20-ci əsrin əvvələrinə aid Bakının bazarları, çayxanaları, məktəblərini özündə əks etdirən orijinal təsvirlər əks olunmuşdur.
1981-ci ildə Nina Fişeva Azərbaycanın əməkdar mədəniyyət işçisi adına layiq görülüb. O, həmçinin Azərbaycan Ali Sovetinin iki diplomu ilə təltif olunub. Fişeva Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü olub.
2007-ci ildə Azərbaycanda arxiv işinin inkişafında xidmətlərinə görə Prezident təqaüdünə layiq görülüb.[4]