Nino Kipiani (1877, Kutaisi – 1920-ci illər, Xaşuri bələdiyyəsi, Yuxarı Kartli) — gürcü hüquqşünas və siyasətçi.
Nino Kipiani | |
---|---|
Doğum tarixi | 1877 |
Doğum yeri | |
Vəfat tarixi | 1920-ci illər |
Vəfat yeri | |
Fəaliyyəti | vəkil, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Brüsseldəki hüquq fakültəsinin məzunu olan Nino Rusiya imperiyasındakı ilk qadın vəkil olmuşdur.[mənbə göstərin] Gürcüstanın azad edilməsi çağırışları nəticəsində, 1907-ci ildə xaricə köçmək məcburiyyətində qalmış, əvvəl atası ilə Brüsseldə, sonra da İtaliyada yaşamışdır. 1920-ci illərin əvvəllərində vətəninə qayıtmışdır.[1][2]
Gürcü dövlət xadimi Dimitri Kipianinin nəvəsi, Niko Kipiani və Anastasiya Eristavinin qızı Nino Kipiani 1877-ci ildə Kutaisi şəhərində anadan olub. Tbilisidəki Müqəddəs Nino məktəbində oxumuş, lakin 1898-ci ildə naməlum səbəblərdən oradan uzaqlaşdırımışdır. Sonra Brüsseldə hüquq təhsili almış və beləliklə də, yalnız Gürcüstanda deyil, Rus İmperiyasında da ilk qadın vəkil olmuşdur.[mənbə göstərin] 1900-cü illərin əvvəllərində millətçi hərəkatda iştirak etdiyi üçün bir neçə dəfə həbs olunmuşdur.[3]
Müstəqilliyə olan marağı 1903-cü ilin iyul ayında Brüsseldən göndərdiyi bir kartda ifadə edilmişdir: “Niyə Rusiyadan tam müstəqillik tələb etmək iradəmiz yoxdur? Bütün dövlətlərin ən qədimi olan və ən böyük tarixə sahib olan Gürcüstanımızın azad olmasına niyə icazə vermirik?”[3]