Covanni Rota Rinaldi (Nino Rota) (it. Nino Rota; 3 dekabr 1911[1], Milan[5][1] – 10 aprel 1979[2][3][…], Roma[1]) — İtaliya bəstəkarı, bir çox kinofilmlərin musiqi müəllifi.
Nino Rota | |
---|---|
it. Nino Rota | |
Ümumi məlumatlar | |
Doğum adı | Giovanni Rota Rinaldi[4] |
Doğum tarixi | 3 dekabr 1911[1] |
Doğum yeri | |
Vəfat tarixi | 10 aprel 1979[2][3][…] (67 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | koronar tromboz[d] |
Dəfn yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, dirijor, müəllim, pianoçu, aktyor, ssenarist, film bəstəkarı, mühazirəçi, musiqiçi |
Janrlar | opera[6], simfoniya, XX əsr klassik musiqisi[d], klassik musiqi |
Musiqi aləti | piano |
Təhsili | |
Mükafatları | |
ninorota.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Nino Rota 1911-ci ildə Milanda musiqiçi ailəsində anadan olmuşdur. Uşaqlıq illərində Romaya gəlmiş, həmin şəhərdə konservatoriyaya daxil olmuş və 1929-cu ildə oranı bitirmişdir. Hələ konservatoriyada təhsil alarkən Nino Rota fövqəladə qabiliyyətli uşaq – vunderkind hesab olunurdu. O, özünü bəstəkar və orkestr dirijoru kimi təsdiq etmişdi. Hətta onun ilk oratoriyası olan "L’infanzia di San Giovanni Battista" artıq 1923-cü ildə Milanda və Parisdə səsləndirilmişdi.
1930–1932-ci illərdə o, ABŞ-də yaşamışdır[7]. İtaliyaya qayıdandan sonra Milan Universitetində ədəbiyyatı öyrənmişdir. 1937-ci ildə isə Nino Rota müəllimlik fəaliyyətinə başlamışdır. 1950-ci ildən ömrünün sonuna kimi (1979) Bari konservatoriyasının direktoru vəzifəsində çalışmışdır.
Nino Rota bir sıra opera və baletlərin, o cümlədən, "Ariodante" (1942), "Torquemada" (1943), "I due timidi" (1950), "Il capello di paglia di Firenze" (1955), "La notte di un nevrastenico" (1959–1960), "Aladino e la lampada magica" (1968), "La visita meravigliosa" (1970), "Napoli milionaria" (1977) kimi operaların və "La rappresentazione di Adamo ed Eva" (1957), "La Strada" (1965), "Aci e Galatea" (1971), "Le Molière imaginaire" (1976) və "Amor di poeta" (1978, xüsusi olaraq Moris Bejar üçün yazılmışdır) kimi baletlərin müəllifi olmuşdur. Bundan başqa, bəstəkar bütün dünya musiqisevərlərinin rəğbətini qazanmış orkestr üçün musiqilər də yazmışdır.
1940-cı illərdən başlayaraq Nino Rota müxtəlif kinofilmlərə də musiqi bəstələmişdir. O, Federiko Fellini, Renato Kastelliani, Lukino Viskonti, Franko Zeffirelli, Mario Moniçelli, Frensis Ford Koppola kimi kino rejissorları ilə çalışmışdı. 1974-cü ildə Nino Rota "Xaç atası 2" filminə yazdığı musiqiyə görə ən yaxşı musiqi nominasiyasında nüfuzlu "Oskar" mükafatına layiq görülmüşdür.
Nino Rota 10 aprel 1979-cu ildə Romada vəfat etmişdir.