"Kabiriyanın gecələri" (it. Le notti di Cabiria) — rejissor Federiko Fellininin filmi.
Kabiriyanın gecələri | |
---|---|
it. Le notti di Cabiria | |
Janr | dram filmi |
Əsas mövzu | fahişəlik |
Rejissor | |
Prodüser | |
Ssenari müəllifləri | |
Baş rollarda | |
Operatorlar | |
Bəstəkar | |
Distribütor | Paramount Pictures, Netflix |
İlk baxış tarixi | 10 may 1957, 27 may 1957, 16 oktyabr 1957, 28 oktyabr 1957[1] |
Müddət | 111 dəq. |
Ölkələr | |
Dil | italyan dili |
Rəng | ağ-qara[d] |
IMDb | ID0050783 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Filmdə baş verən bütün vaxt kəsiyində dayanmadan özünün böyük məhəbbətini axtaran Kabiriyadan danışılır. Həyat ona həmişə heç də xoş olmayan sürprizlər bəxş edir. Beləcə bütün bu axtarışlar ona bədbəxtliklər gətirir. Onun görüşdüyü bütün adamlar, demək olar ki, Kabiriyadan öz maraqları üçün istifadə edirlər. Kabiriya həmişə ümidsiz vəziyyətdə Madonnaya dua edir ki, ona hədiyyə verilmiş ömrünü öz istəyinə uyğun yaşaya bilsin.
Və budur, nəhayət ki, ömrünü fahişəliklə keçirən Kabiriya arzularının kişisini tapır. Onun adı Oskardır. Həmin kişi mühasib işləyir və Kabiriyaya xoşbəxt və yalansız gələcək vəd edir. Kabiriya həyatını düzəltmək üçün yaxşı fürsət yarandığına sevinir. Və bu xoşbəxtliyin qanadlarında heç bir əlavə şey düşünmədən Oskara aşiq olur. Kabiriya öz evini satır və bütün pulları öz sevgilisinin ayağına gətirir.
Lakin Kabiriya heç ağlına belə gətirə bilməzdi ki, qarşıda onu nə gözləyir. Taleyin növbəti qəddar zərbəsi Kabiriyanı daxilən məhv edir. Filmin sonunda bütün əzablara baxmayaraq, Kabiriya üzündə təbəssüm yoluna davam edir.