Şirin həyat (film, 1960)

Şirin həyat (it. La Dolce Vita) — İtalyan kinorejissoru Federiko Fellininin 1960-cı ildə çəkdiyi bədii film. 13 yaşından aşağı uşaqlara baxılması tövsiyə edilmir.

Şirin həyat
it. La dolce vita
Janr komediya filmi[1][2], dram filmi[1][2][…]
Əsas mövzu kütləvi informasiya vasitələri[3], Cinsi həvəs[4]
Rejissor
Ssenari müəllifləri
Baş rollarda
Bəstəkar
İstehsalçı Pathé[d]
Distribütor Netflix
İlk baxış tarixi 1960, 20 mart 2020, 3 fevral 1960[8], 4 fevral 1960[8], 7 may 1960[8], 10 may 1960[8], 11 may 1960[8], 22 iyun 1960[8], 19 aprel 1961[8], 19 iyul 1961[8]
Müddət 174 dəq.
Gəlir 19.500.000 $
Ölkələr
Dillər italyan dili[10], ingilis dili[10]
Rəng ağ-qara[d]
Çəkiliş yeri Roma, Trevi fəvvarəsi
IMDb ID0053779
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İtalyan kinorejissoru Federiko Fellininin "Şirin həyat" filminin yaranması, keçən əsr 50-60-cı illərdə İtaliya kapitalizminin çiçəkləndiyi dövrə təsadüf edir. Filmin qəhrəmanı pozğun, vicdanını çoxdan susdurmuş, istedadını xərcləmiş, öz əvvəlki sadəlövhlüyünü itirmiş, lakin çox bacarıqlı, yüksək təbəqəyə uyğunlaşan jurnalist Marçellodur. Filmdə Fellinin sevimli aktyoru Marçello Mastroyanni iradəsiz bir sosio-psixoloji insan obrazı yaratmışdır. Bu film cəmiyyətin "iqtisadi-möcüzə" dövrünə aiddir. Filmdə cəmiyyətin müxtəlif təbəqələri göstərilir. Filmdə Fellini mətbuatı, burjuaziyanı, aristokratları, sinifsiz adamları təsvir etmiş və müsbət qəhrəmanın olmadığını göstərmişdir. Bunlar hamısı əyyaş, alçaldılmış, təhqir olunmuş, pozğun gələcək qarşısında dəhşətə gələn, əslində isə çox bədbəxt insanlardır. Fellini filmi bu simvolla başlayır: "Roma üzərində vertolyot ipdən asılı halda İsa peyğəmbərin gipsdən hörülmüş əli açıq şəkildə durmuş heykəlini aparır. Elə bil bu heykəl "əbədi şəhərdə" nə baş verirsə ona xeyir dua verir, onu işıqlandırır".

Film qəhrəmanın və ətrafındakıların mənəvi cəhətdən tənəzzülünü tərənnüm edən əcaibin görünməsi ilə bitir. Filmdə rejissor yüksək təbəqənin deqredasiyaya uğramasını göstərir. Bu film də o biri filmlərdə olduğu kimi əxlaqi və qeyri-əxlaqi, ilahi və şeytani, gözəl və çirkin üzərində qurulan epizodlardan ibarətdir. Əgər "Kabiriya gecələri" filmində fahişə təsadüfən aktyor evinə düşürsə, "Şirin həyat" filmində aristokrat Emma öz hisslərini fahişənin yatağında həyata keçirir. Əgər "Kabiriya gecələri" filmində fahişə rəfiqələri ilə birgə müqəddəs ananın yanına gedirsə, "Şirin həyat" filmində kinoulduz Silviya fotorejissorları və Marçellonu arxada qoyaraq maraq xatirinə müqəddəs Pyotrun heykəli altından baxış meydançasına baxır. Marçello Emma ilə evlənməyə, daha dəqiq desək, onun pulu ilə evlənməyə hazırdır. Lakin o nə Emmanı, nə atasını, nə nişanlısını, nə də bütün dünyada olanları sevir. Marçello onu əhatə edən bütün insanlara biganədir. Belə biganəlik Emmaya da məxsusdur. Emma ona yaxınlaşan hər bir kişi ilə, hətta Marçellonun atası ilə də yaxınlıq edir. Bu müasir burjua cəmiyyətində qohumluq əlaqələrinin pozulmasına sübutdur. Filmdə ən vacib epizodlardan biri Ştaynerlə olan epizoddur: baş qəhrəman avara, məqsədsiz, xaotik həyat keçirir. Ştayner xaricən yüksək mədəni həyat keçirir. O, öz arvadını, uşaqlarını, musiqini və elmi sevir, dostları da buna görə ona hörmət edir. Ştaynerin evi Şərq və Qərb incəsənət əsərləri ilə zəngindir, çox gözəl tərbiyə və təhsil alıb. Öz ideyaları, məqsədləri var.

Bir anlığa Marçello öz həyatı barədə fikirləşir: O, Ştaynerin arxasınca getməyə hazırdır, lakin Ştayner iki uşağını öldürür, özünü öldürür, ona dünya qaranlıqdır, boşluqdur, həyatının mənası itib. Elə buna görə də o, cəmiyyətdən ayrılmaq qərarına gəlir və öz həyatına son qoyur. Bu əsl alicənabın müasir burjua cəmiyyətində faciəsidir. Bir anlıq Marçello Ştaynerin daxili aləmini görür və fikirləşir, qorxur və yenidən öz yolu ilə gedir. Bəlkə buna görədir ki, filmin sonunda Paulanın çağırışlarını eşidəndə təmizlik və saflıq simvolu kimi onun qarşısında diz çökür. Ona görə ki, Paulanın dünyası onun üçün əlçatmazdır. Heç nəyə baxmayaraq yaşamaq lazımdır.

Fellini filmində heç bir nəticə çıxarmır, yalnız mövqeyini, münasibətini ortaya qoyur. Çox sərt və qəzəbli bu film müasir kinoda tənqidi realizmin ən yüksək zirvələrindən olduğuna görə Oskar mükafatı alıb. Sonrakı filmlərində Fellini yenə də realizmdən uzaqlaşıb, insanların xəstə psixikasına aludə olur.

  • Fellini bu filmin əsas məğzini belə açırdı:
" Demək istəmişəm ki, həyat sehrli anlardan ibarətdir və o anı şirin şərab kimi içmək istəyirsən.[11]
"
  • Marçello Mastroyanni — Marçello Rubini
  • Anita Ekberq — Silviya
  • Anuk Eme — Maddalena
  • İvonn Ferno — Emma
  • Maqali Noel — Fanni
  • Alen Küni — Ştayner
  • Annibale Ninçi — Marçellonun atası
  • Valter Santesso — paparatsi
  • Valeriya Çanqottini — Paola
  • Rikkardo Qarrone — Rikardo
  • Laura Betti — Laura
  • Adriano Çelentano — rok-müğənni

Çəkiliş qrupu

[redaktə | mənbəni redaktə et]
  • Bəstəkar: Nino Rota
  • Operator: Otello Martelli
  • Kann kinofestivalının Qran-Prisi — "Qızıl Palma Budağı"
  • Nyu-York tənqidçilərinin mükafatı — ilin ən yaxşı əcnəbi filmi
  • 3 "Silver Ribbon" mükafatı — ən yaxşı aktyor, ssenarist və rəssam işinə görə

Film ən yaxşı rejissor işi, ən yaxşı ssenari və ən yaxşı dekorasiya nominasiyalarında "Oskar" mükafatına və "BAFTA" mükafatına təqdim olunsa da heç bir mükafat almayıb.

Fernando Tambroninin rəhbərlik etdiyi sağçı hökumət filmin İtaliyada nümayişinə qadağa qoyub. Ancaq bu hökumət İtaliyada yalnız 1960-cı ilin mart-iyul aylarında hakimiyyətdə qala bilib. Onun istefasından sonra film yenidən ekranlarda nümayiş olunub. Qadağa "Şirin həyat" filminin reklamına böyük təsir göstərib və buna görə də rejissorun bu işi onun yaradıcılığında ən kütləvi işlərdən birinə çevrilib.

  1. 1 2 3 http://www.imdb.com/title/tt0053779/.
  2. 1 2 http://www.metacritic.com/movie/la-dolce-vita-re-release.
  3. Burke F., Waller M., Gubareva M. A Companion to Federico Fellini (ing.). Wiley, 2020. P. 270. ISBN 978-1-119-43153-4
  4. Burke F., Waller M., Gubareva M. A Companion to Federico Fellini (ing.). Wiley, 2020. P. 272. ISBN 978-1-119-43153-4
  5. 1 2 3 4 http://www.allocine.fr/film/fichefilm_gen_cfilm=4459.html.
  6. 1 2 3 4 http://www.imdb.com/title/tt0053779/fullcredits.
  7. http://www.cinematografo.it/cinedatabase/film/la-dolce-vita/9625/.
  8. 1 2 3 4 5 6 7 8 IMDb (ing.). 1990.
  9. 1 2 3 4 Unifrance. 1949.
  10. 1 2 La dolce vita (it.). 1960.
  11. "Reklam çəkməyə məcbur olan dahi rejissor". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-16.
  • Azərbaycan Sovet Ensiklopediyası. IX cild. Bakı: 1986, səh. 519.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
8.1 - 10 ulduzdan