Nisbi və mütləq rütubətlilik

Rütubətlilik[redaktə | mənbəni redaktə et]

Atmosferdə 13 min km3 həcmində su vardır.Havadakı suyun əsas hissəsi buxar halında,qalan isə su damcıları və buz halında olur.Havadakı suyun 86%i okean və dənizlərdən , 14%ə qədər isə quru səthdən daxil olur.Havada olan suyun miqdarı rütubətlilik göstəriciləri ilə təyin edilir.Havanın rütubətliliyi onun əsas elementlərindən biridir.Ona görə də havada olan suyun miqdarı nisbi və mütləq rütubətlik göstəriciləri ilə təyin edilir.[1]

Mütləq rütubətlilik[redaktə | mənbəni redaktə et]

Mütləq rütubətlilik 1 m3 havada olan suyun miqdarı mütləq rütubətlilik adlanır.O,qramlarla və ya parsial təzyiqin vahidləri ilə ölçülür.Mütləq rütubətlilik temperaturdan asılıdır.Temperatur artdıqca havada olan suyun miqdarı da artdı.Çünki isti havada daha çox buxar saxlamaq qabiliyyətinə malikdir.[2]

Nisbi rütubətlilik[redaktə | mənbəni redaktə et]

Nisbi rütubət - verilən temperaturda havanın mütləq rütubətinin həmin temperaturada doyan su buxarının sıxlığına nisbətinə bərabər olan fiziki kəmiyyətdir.

Burada — havadakı doyan su buxarının sıxlığıˌ — havanın nisbi rütubətidir.

Nisbi rütubətlilik havanın su ilə neçə faiz doymasını göstərir .Havanın rütubətini ölçmək üçün hiqrometrdən və psixometrdən istifadə olunur.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Rütubət dövranı, Rütubət

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Su buxarı. Nisbi və mütləq rütubətlilik.,Atmosferdə su

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. H. Ələkbər. Meteorologiya və iqlimşünaslıq
  2. Q.K.Gül “Meteorologiya və iqlimşünaslıq” BAKI-1960
  3. С.П.Хромов Метеорология и климатология. Ленинград. 1968, стр. 342.