Nita Ambani (ing. Nita Ambani, hind नीता अंबानी; d. 1 noyabr 1963, Mumbay, Hindistan) — Hindistanlı xeyriyyəçi; dünyanın ən zəngin adamlarından biri olan Mukeş Ambaninin həyat yoldaşı.[1]
Nita Ambani | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Mumbay, Hindistan |
Vətəndaşlığı | Hindistan |
Həyat yoldaşı | Mukeş Ambani |
Uşaqları | İşa, Anant, Akaş |
Milliyyəti | hind |
Təhsili | |
Fəaliyyəti | xeyriyyəçi, beynəlxalq forum iştirakçısı[d] |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Nita Ambani 1 noyabr 1963-cü ildə Hindistanın Mumbay şəhərində, orta sinif bir ailədə anadan olmuşdur. Onun atası Birlada baş icraçı idi.
Nita Mumbay Universitetində bakalavr təhsili almışdır.
O, həmişə Hind klassik rəqsinə maraq göstərmişdir və bu sahədə karyera qurmaq istəyirdi. Hazırda o, bir müəllim olaraq interyer dizayneri kimi ixtisas kursları keçirir.
Nita Ambani qaynatasının adını daşıyan Dxirubxay Ambani Beynəlxalq Məktəbinə rəhbərlik edir. Özünün yaratdığı həmin məktəb Mumbayda 2003-cü ildən fəaliyyət göstərir.[2][3][4] Hazırda Mumbayın ən öncül məktəblərindən biridir və Hindistanda Beynəlxalq Bakalavr Proqramını təklif edən 37 məktəbdən biridir.
O, 18 iyun 2014-cü ildə "Reliance Industries Limited" şirkətinin İdarə Heyətinin direktoru vəzifəsinə təyin edilib.[5]
Xanım Ambani Dxirubxay Ambani Fonduna rəhbərlik edir.[6] Hansı ki, bu fond yoxsul olan insanların təhsil və səhiyyə xidmətlərinin təşkili istiqamətində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır.
O, həmçinin Hindistanda HİV epidemiyasının qarşısının dayandırılmasına doğru yönəldilmiş Reliance Industries və UNAIDS ilə də sıx əməkdaşlıq edir.[7]
Nita Ambani görmə qabiliyyəti zəif və ya tam məhdud olan insanlara dəstək məqsədilə də bir sıra unikal təşəbbüslər göstərmiş, layihələr həyata keçirmişdir. Belə layihələrdən biri çərçivəsində o, iki həftədə bir dəfə olmaqla Brayl əlifbası ilə qəzetin nəşrinə başlamışdır.[8]
Nita Ambani Hindistan milyonçusu Mukeş Ambani ilə evlidir. Onların bu nikahdan 3 uşaqları var: İşa, Anant və Akaş[9].
Ailəsi ilə birlikdə Mumbayda – Mukeş Ambaninin tikdirdiyi "Antilia" adlanan göydələndə yaşayır.
Həyat yoldaşı Mukeş Ambaninin dünyaya səs salan addımlarından biri ona etdiyi doğum günü hədiyyəsidir. Belə ki, Mukeş Nitaya 44-cü doğum günündə həmin vaxt dəyəri 60 milyon ABŞ dolları məbləğində olan "Airbus 319" təyyarəsini alıb.[10]