Nitrobenzol

Nitrobenzol, C6H5NO2 — ən sadə aromatik nitrobirləşmə. Açıq-sarı rəngdə yağlı mayedir. 5,7°S-də donur, 210,9°S-də qaynayır. Sıxlığı 25°S-də 1,987 q/sm³-dur. Suda pis həll olur. Üzvi həlledicilərlə yaxşı qarışır. Reduksiya etdikdə, şəraitdən asılı olaraq, anilinə və ya pidrazobenzola çevrilir. Nitrobenzol zəhərlidir, iş binalarının havasında onun miqdarının 3 mq/m³-dan, yaşayış yerlərinin havasında isə 0,008 mq/m³-dan artıq olmasına icazə verilmir. Əsasən, anilin alınmasında, az miqdarı isə indulin və s. istehsalında, bəzən də sürtgü yağlarının təmizlənməsində (selektiv həlledici kimi) işlədilir.

NİTROBENZOL
Molekulyar modelin şəkli
Ümumi
Sistematik adı Nitrobenzol
Kimyəvi formulu C6H5NO2
Molyar kütlə 123.06 q/mol
Fiziki xassələri
Aqreqat halı (n.ş.) rəngsiz maye
Sıxlıq 1.199 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 5.85 °S
Qaynama nöqtəsi 210.9 °S
Buxarın təzyiqi 0,3 ± 0,1 mm Hg[1]
Kimyəvi xassələri
Suda həllolma (20 °S-də) 0.19 q/100 ml
Təsnifatı
CAS-da qeyd. nöm. [98-95-3]
PubChem
SMILES [O-][N+](=O)c1ccccc1
RTECS DA6475000
ChEBI 27798
ChemSpider