Niyazi İbrahimov (Azərbaycan Respublikası) — Azərbaycan dövlət xadimi. O, Milli Azadlıq Hərəkatının fəalı, "Müsavat" təşkilatının ilk rəhbər heyətinin üzvü, Azərbaycan Xalq Cəbhəsinin sədr müavini və məlumat departamentinin rəhbəri, Azərbaycan Prezidentinin səlahiyyətlərinin icraçısı İsa Qəmbərin baş köməkçisi, Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin mətbuat katibi olmuşdur.
Niyazi İbrahimov | |
---|---|
1992 – 1993 | |
Prezident | Əbülfəz Elçibəy |
Prezident | İsa Qəmbər |
Azərbaycan Xalq Cəbhəsinin sədr müavini | |
1991 – 1993 | |
Sədr | Əbülfəz Elçibəy |
Əvvəlki | Vəzifə təsis edildi. |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Partiya |
|
Fəaliyyəti | dövlət xadimi, siyasətçi, jurnalist |
Niyazi İbrahimov Milli Azadlıq Hərəkatında fəal olmuşdur.[1] O, 1989-cu ildə "Müsavat" təşkilatına qoşulmuş, ilk rəhbər heyətdə olmuşdur.[2] İbrahimov sonradan Azərbaycan Xalq Cəbhəsinə (AXC) qoşulmuşdur.[3] O, bu dövrdə AXC-nin sədr müavini[4] və məlumat departamentinin rəhbəri vəzifələrini daşımışdır.[5]
İbrahimov Azərbaycan Prezidentinin səlahiyyətlərinin icraçısı İsa Qəmbərin baş köməkçisi olmuş,[6] dostluq münasibəti qurduğu[7] Əbülfəz Elçibəyin prezidentliyi dövründə onun mətbuat katibi olmuşdur.[8] Buna baxmayaraq o, 1993-cü ildə daxili işlər naziri İsgəndər Həmidovun vəzifədə olduğu dövrdə etdiyi hərəkətlərinə və ümumilikdə AXC hökumətində korrupsiya ilə bağlı xəbərlərdən narahat olduğu üçün istefa vermişdir.[9]
Niyazi İbrahimov sonradan Almaniyaya mühacirət etmişdir.[2] O, burada azərbaycanlı müxaliflər ilə birlikdə yaşayır.[10]