Niyazi Səmədov

Niyazi Həmid oğlu Səmədov (31 dekabr 1916, Nuxa23 may 1989, Bakı) — entomoloq, biologiya elmləri doktoru (1964), professor (1971), AMEA-nın müxbir üzvü (1980), Hindistan Beynəlxalq Zoologiya Akademiyasının həqiqi üzvü (1972), SSRİ EA Ümumittifaq Entomologiya Cəmiyyətinin fəxri üzvü (1979).[1]

Niyazi Səmədov
Niyazi Həmid oğlu Səmədov
Doğum tarixi
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası Rusiya imperiyası
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan Azərbaycan SSR, SSRİ SSRİ
Atası Həmid Səmədov
Elm sahəsi entomoloq
Elmi dərəcəsi biologiya elmləri doktoru (1964)
Elmi adı professor (1971)
Təhsili
  • Şəki Kənd Təsərrüfatı Texnikumu (1932)
  • Daşkənd Kənd Təsərrüfatı İnstitutu (1941)
Üzvlüyü
  • AMEA-nın müxbir üzvü (1980)
  • Hindistan Beynəlxalq Zoologiya Akademiyasının həqiqi üzvü (1972)
  • SSRİ EA Ümumittifaq Entomologiya Cəmiyyətinin fəxri üzvü (1979)
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı
2-ci dərəcəli "Vətən müharibəsi" ordeni

Niyazi Səmədov 31 dekabr 1916-cı ildə Şəki şəhərində anadan olub. 1932-ci ildə Şəki Kənd Təsərrüfatı Texnikumunun İpəkçilik bölməsini, 1941-ci ildə Daşkənd Kənd Təsərrüfatı İnstitutunun İpəkçilik fakültəsini bitirib.[1]

Hərbi xidmətdə

[redaktə | mənbəni redaktə et]

Niyazi Səmədov 1941–1946-cı illərdə keçmiş Sovet ordusu sıralarında xidmət edib və 1946-cı ildə zabit rütbəsində ordu sıralarından tərxis olunub.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Niyazi Səmədov 1933–1935-ci illərdə Qəbələ və Ağdaş barama–toxumu müəssisələrində ipəkçi-texnoloq vəzifəsində işləyib. 1947-ci ildə Azərbaycan EA-nın Zoologiya İnstitutuna gəlib. O, əvvəlcə kiçik elmi işçi, 1954-cü ildə isə baş elmi işçi vəzifəsinə seçilib. 1955-1961-ci illərdə institutun elmi işlər üzrə direktor müavini, 1961-ci ildən ömrünün sonunadək Entomolo­giya laborato­ri­yasının müdiri vəzifəsində çalışıb.[1]

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Professor Niyazi Səmədov 1972-ci ildə Hindistan Beynəlxalq Zoologiya Akademiyasının həqiqi üzvü, 1979-cu ildə Ümumittifaq Entomologiya Cəmiyyətinin fəxri üzvü seçilib. O, Beynəlxalq Təbiəti Mühafizə İttifaqı Dağ Komitəsinin sədr müavini olub.[1]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Niyazi Səmədov 1951-ci ildə "Azərbaycanda Labrus cinsindən olan taxıl böcəkləri və onlara qarşı mübarizə tədbirləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1964-cü ildə "Azərbaycanda kənd təsərrüfatı bitkilərinə ziyan verən böcəklərin fauna və biologiyası" mövzusunda doktoruq dissertasiyası müdafiə edib. O, 1971-ci ildə professor elmi adına layiq görülüb. Niyazi Səmədov 1980-ci ildə zoologiya və entomologiya elminin inkişafındakı nailiyyətlərinə və xidmətlərinə görə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.[1]

Niyazi Səmədovun apardığı elmi-tədqiqat işləri, əsasən, böcəklər dəstəsinin öyrənilməsinə, başlıca növlərin bioloji xüsusiyyətlərinin tədqiqinə və ciddi zərər verən növlərə qarşı mübarizə tədbirlərinin elmi əsaslarının hazırlanması və tədbiqi məsələlərinə həsr olunub.[1]

Niyazi Səmədov tərəfindən Azərbaycanda 26 fəsiləyə mənsub 2900 böcək növü aşkar edilib ki, onların 16 növü elm üçün, 43-ü keçmiş SSRİ faunası, 89-u Qafqaz faunası, 760 növü isə Azərbaycanın faunası üçün ilk dəfə qeyd olunub. O, ilk dəfə olaraq 431 növün kənd təsərrüfatı bitkilərinə zərər verməsini müəyyən edib ki, bunların da 30-u zərərverici kimi ilk dəfə təsdiq edilmişdir.[1]

Alimin "İnsan və biosfera" proqramı əsasında Azərbaycanda entomologiya, torpaq zoologiyası, biosenologiya və bitki mühafizəsinə dair aparılan elmi-tədqiqat işlərinin təşkili və inkişafı, həmçinin də elmi kadrların hazırlanmasında böyük xidməti olub. Onun hazırladığı taxıl, meşə və bəzək bitkilərinin başlıca zərərvericilərinə qarşı mübarizə tədbirləri respublikanın xalq təsərrüfatında tədbiq olunub.[1]

Professor Niyazi Səmədov 200-dən çox elmi məqalənin, 5 monoqrafiyanın, 6 elmi-kütləvi kitabçanın və 3 ixtiranın müəllifidir. Onun rəhbərliyi altında 7 doktorluq və 40-a yaxın namizədlik dissertasiyası hazırlanıb və müdafiə olunub. Alimin 8 əsəri Avstriya, İngiltərə, Almaniya, FransaÇexoslovakiyada çap olunub.[1]

Niyazi Səmədov elmi kitabça və məcmuələrin redaktoru olub. O, ASE və qırmızı kitabın müəlliflərindən biridir. O, dəfələrlə keçmiş SSRİ-nin müxtəlif şəhərlərində (Bakı, Kiyev, Moskva, Voronej, Sankt-Peterburq və s.), Fransa, Polşa və Çexoslovakiyada entomologiya və torpaq zoologiyası üzrə keçrilmiş Beynəlxalq konqreslərdə, qurultay, konfrans və sinpoziumlarda məruzələr edib.[1]

Niyazi Səmədov 23 may 1989-cu ildə Bakıda vəfat edib.[1]

  • "Azərbaycan SSR Əməkdar elm xadimi" fəxri adı;
  • II dərəcəli "Vətən müharibəsi" ordeni;
  • 8 medal [1]
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Səmədov Niyazi Həmid oğlu" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]