Nizaməddin Şəmsizadə

Nizaməddin Şəmsizadə (Nizaməddin Şəmsəddin oğlu Şəmsizadə; d. 30.12.1954, Quba rayonu) — Filologiya elmləri doktoru, professor,[1] əməkdar elm xadimi (2019).

Nizaməddin Şəmsizadə
Nizaməddin Şəmsəddin oğlu Şəmsizadə
Doğum tarixi (69 yaş)
Doğum yeri İspik, Quba rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahələri filoloq, ədəbi tənqidçi
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
İş yeri Bakı Dövlət Universiteti
Təhsili Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2019Azərbaycan Respublikasının Dövlət mükafatı — 2010

Nizaməddin Şəmsizadə 1954-cü il dekabrın 30-da Quba bölgəsinin qədim türk obası - İspik kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini 1977-ci ildə bitirib. 1978-1990-cı illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş lobarant (1978), kiçik elmi işçi (1981), baş elmi işçi (1986) kimi elmi fəaliyyət göstərib. 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyaları müdafıə edib. 1985-ci ildən SSRİ Yazıçılar İttifaqının (indiki AYB) üzvüdür. 1990-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi pedoqoji fəaliyyətini davam etdirib: müsabiqə yolu ilə baş müəllim (1990), dosent (1991),professor (1992) seçilib. 1991 –ci ildən 2006-ci ilin sentyabr ayınadək “Ədəbiyyat və dillər”, “Ədəbiyyat və Azərbaycan dili” və “Ədəbi yaradıcılıq” kafedralarının müdiri vəzifəsində işləyib. 2002-ci ildə Tiflisdə Qafqaz Xalqları Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Elmi xidmətlərinə görə akademik Y.Məmmədəliyev mükafatının (2003) laureatıdır. "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”(müştərək) kitabına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.(2010)

"Ədəbi proses-78" (1980 şərikli) "Ədəbi mübahisələr" (1986), "Azərbaycan ideologiyası" (1996), "Azərbaycan ədəbiyyatşünaslığı" (1997), "Türk təfəkkürü məcrasında" (1998), "Hıçqıran gülüşlər" (2002), "Əli Nazim" (2003), "Rejissor taleyi" (2004), "Tənqidin ədəbi prosesdə rolu" (2004), "Böyük nəslin davamçısı" (2005), "Azərbaycançılıq" (2006), "Ədəbi proses və ədəbi nəsil" (2008 şərikli) "Yazıçı ömrünə uvertüra" (2010), monoqrafıyalarının, "Əgər onlar olmasaydı" (2015) ədəbi-tənqidi məqalələr kitabının, "Mən kiməm" (2015) adlı sənədli-fəlsəfi ömürnamənin, "Bürkü" (2003) hekayələr, "Tüstü" (2007) hekayələr və şeirlər, "Duman" (2010) şeirlər, "Müdriklər bunları deməyib" (2014) kəlamlar, "Səma" (2014) şeirlər, "Sonuncu daxma"(2014) hekayələr və esselər kitablarının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin müəllifidir. "Seçilmiş əsərləri" üç cilddə: I cild 2008-ci ildə, II cild 2010-cu ildə, III cild 2011-ci və "Nizaməddin Şəmsizadə: Biblioqrafıya" 2014-cü ildə "Elm" nəşriyyatında çap olunub.

N.Şəmsizadə bu gün ölkənin ali məktəblərində tədris olunan "Ədəbiyyat nəzəriyyəsi" (2012) adlı fundamental dərsliyin müəllifidir. N.Şəmsizadənin yaradıcılığı haqqında 8O-dən artiq elmi məqalə, professor Ş.Vəliyevin "Azərbaycanşünas alim" (2004) monoqrafıyası və "Filosof tənqidçi" (2011) kitabı çap olunub. O, milli ideologiyamız -azərbaycançılıq nəzəriyyəsi haqqında ilk kitabın müəllifidir.

BDU-nun nəzdində Dissertasiya Şurasının üzvüdür. 2007-2012-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" şöbəsinin müdiri vəzifəsində işləyib 2012-ci il dekabrın 21-dən 2013-cü ilin sentyabr ayının 04-ə dək "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində baş elmi işçi işləyib. 09 sentyabr 2013-cü il tarixindən Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin "Ədəbiyyat və dillər"kafedrasının professoru kimi elmi-pedoqoji fəaliyyətini davam etdirir. Heç bir siyasi və ictimai təşkilatın üzvü deyil.

2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.[2]

Ailəlidir, dörd övladı, yeddi nəvəsi var.

  1. [1][ölü keçid]
  2. "Bakı Dövlət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-22.