İspik (Quba)

İspikAzərbaycan Respublikasının Quba rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun İspik kəndi Tüləkəran kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla İspik kənd Soveti yaradılmışdır.[1]

İspik
41°18′32″ şm. e. 48°25′05″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
İspik xəritədə
İspik
İspik

Kəndin adı eyniadlı dağdan alınmışdır. İspik kəndinin adı ilə adlandırılan İspik dağı Qudyalçay ilə Ağçayın suayrıcında yerləşir. Hündürlüyü 1101 metrdir. Tədqiqatçıların ehtimalına görə, oronim türk dillərindəki əspək və ya aspak (aşırımlı dağ, keçidli dağ) sözünün fonetik variantıdır.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd dağətəyi ərazidə yerləşir. Ərazisi sıx meşəliklərlə əhatə olunmuşdur. Kənd QəçrəşMöhüc kəndləri ilə həmsərhəddir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1278 nəfər əhali yaşayır.[3] Əhalisini azərbaycanlılar təşkil edir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]
Quba-İspik-Xınalıq avtomobil yolunun başlanğıcında vurulmuş lövhə (2006-cı il).

Əhalinin məşğuliyyətini əsasən meyvəçilik, maldarlıq, əkinçilik təşkil edir.

Kənddə poçt, kitabxana və mədəniyyət evi var.

Kənddə 11 illik məktəb fəaliyyət göstərir.

Kənddə məscid mövcuddur.

  1. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-09.
  2. İspik (Quba) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629