Nobuko Yoşiya (吉屋 信子?, 12 yanvar 1896, Niiqata – 11 iyul 1973, Kamakura, Kanaqava prefekturası) – Yaponiya yazıçısı.
Nobuko Yoşiya | |
---|---|
yap. 吉屋信子 | |
Doğum tarixi | 12 yanvar 1896 |
Doğum yeri | |
Vəfat tarixi | 11 iyul 1973 (77 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | kolorektal xərçəng |
Fəaliyyəti | romançı, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Niiqata prefekturasında bir dövlət məmurunun qızı kimi doğulmuşdur.[1] Yeniyetmə yaşlarından etibarən əsərlər yazmağa başlamışdır.[1] 1916-1924-cü illərdə yayımlanmış "Çiçək hekayələri" adlı əsəri qız tələbələr arasında populyar olmuşdur.[1] "Yerin sonuna qədər" adlı əsərinə görə 1920-ci ildə "Osaka Asahi" qəzetinin mükafatını qazanmışdır.[1] Bu əsər Tokioda təhsil alarkən əldə etdiyi xristianlıq təcrübələrini əks etdirirdi.[1]
Yoşiyanın romanları qadın idealları, problemləri, digər qadınlarla münasibətlərə həsr olunduğu üçün əsasən qadın oxucular tərəfindən oxunurdu.[1] Həyatını Monma Çiyo adlı qadın partneri ilə birlikdə keçirmiş, onunla səyahətlər etmişdir.[1]
Əsas əsərləri siyahısına "Qadınların dostluğu" (1933-34), "Bir ərin isməti" (1936-37), "İblis alovu" (1951), "Atakake insanları" (1951-52) və "Tokuqava xanımları" (1966) daxildir.[1]