Nord Stream

Xəritə
Şimal axını 1 və 2 boru kəmərinin xəritəsi
Təklif olunan Şimal axını və birləşdirici boru kəmərlərinin xəritəsi

Şimal axını (alm. Nord Stream‎; rus. Северный поток) — Qərbi Avropanı təbii qazla təmin etmək üçün Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya uzanan təbii qaz kəmərləri şəbəkəsi. O, "Şimal axını 1" və "Şimal axını 2" adlı iki ayrı layihədən ibarətdir. Hər iki boru kəmərinin hər biri iki borudan, NS1 A və B, həmçinin NS2 A və B olmaqla, cəmi 4 fiziki borudan ibarətdir. Hər iki boru kəməri Rusiyadan başlayır və Almaniyanın Lubmin şəhərində bitir. Kəmərlər Almaniya, Hollandiya və Fransa maraqlı tərəfləri ilə birlikdə Rusiyaya məxsusdur (51 faiz). Layihə Rusiya, Almaniya, Fransa, Avstriya və Hollandiya şirkətlərindən ibarət konsorsium tərəfindən maliyyələşdirilib. Bu, Rusiya təbii qazını birbaşa Qərbi Avropaya çatdırmaq üçün Ukrayna və Polşadan yan keçən ilk boru kəməri idi.

"Şimal axını 2" layihəsinə ABŞ başlanğıcdan bəri qarşı çıxırdı,[1][2] çünki onlar Almaniyanın Amerikadan daha bahalı LNG almasını istəyirdilər. ABŞ daha sonra layihədə iştirak edən şirkətlərə qarşı sanksiyalar tətbiq edib.[3] ABŞ-ın sanksiyaları alman siyasətçiləri tərəfindən "Almaniya və Avropanın daxili işlərinə və onların suverenliyinə ciddi müdaxilə" kimi kəskin tənqid edilib.[4]

  • Şimal axını 1 (NS1) Rusiyanın şimal-qərbində, Finlandiya yaxınlığındakı Vıborq şəhərindən başlayır və 2011-ci ildə istismara verilib.[5] O, Nord Stream AG tərəfindən idarə olunur. Qazprom 31 avqust 2022-ci il tarixində texniki xidmət səbəbiylə rəsmi olaraq çatdırılmanı qeyri-müəyyən müddətə dayandırıb.[6][7]
  • Şimal axını 2 (NS2) Rusiyanın şimal-qərbindəki Ust-Luqadan başlayır. Boru kəməri Avropaya qaz ixracını artırmaq üçün tikilib və illik ötürmə qabiliyyətini iki dəfə artırmaq məqsədi daşıyır. Layihə 2021-ci ildə tamamlanıb, lakin çünki Almaniya əvvəlki birgə razılaşmaya uyğun olaraq Rusiyanın Ukraynanın separatçı Donetsk Xalq RespublikasıLuqansk Xalq Respublikasının bölgələrini müstəqil olaraq tanıması[8] səbəbindən 22 fevral 2022-ci ildə açılış icazəsini dayandırması səbəbindən istifadəyə verilməyib. 2022-ci il fevralın 7-də ABŞ prezidenti Co Bayden ilə birlikdə Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə layihəni dayandırmaq barədə xəbərdarlıq edilib.[9]

2022-ci il təxribatı

[redaktə | mənbəni redaktə et]

26 sentyabr 2022-ci ildə Şimal axını 1 və 2-ci təbii qaz boru kəmərlərində baş verən dörd partlayış nəticəsində dörd xəttdən üçünün yararsız hala düşməsi barədə xəbərlər yayıldı.

Dörd boru kəmərindən heç biri işləməsə də, onların tərkibində təzyiqli təbii qaz var idi ki, onun böyük miqdarı Baltik dənizinə buraxıldı.

6 fevral 2022-ci ildə Almaniya kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında çıxış edən ABŞ prezidenti Co Bayden "Rusiya Ukraynanı yenidən işğal edərsə, o zaman artıq "Şimal axını 2" olmayacaq. Biz buna son verəcəyik" dedi. Ondan bunu necə edəcəyini soruşduqda, "Sənə söz verirəm, bunu edə biləcəyik" cavabını verdi.[10]

  1. Kinzer, Stephen. "When pipeline politics go boom". Quincy Institute for Responsible Statecraft. 28 oktyabr 2022. 2023-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-11.
  2. "US-Abgeordneter wirft Schröder politische Prostitution vor". Der Spiegel (12 iyun 2007). 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-11.
  3. "U.S. imposes further sanctions in connection with Nord Stream 2 gas pipeline". Reuters. 23 noyabr 2021. 2023-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-11.
  4. "Germany "firmly rejects" U.S. sanctions on Nord Stream 2 firms". Reuters. 21 dekabr 2019. 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-11.
  5. "Controversial Project Launched : Merkel and Medvedev Open Baltic Gas Pipeline". Der Spiegel (ingilis). 2011-11-08. ISSN 2195-1349. 2012-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-13.
  6. Cooban, Anna. "Russia cuts more gas supplies to Europe as inflation hits another record". CNN. 31 August 2022. 12 September 2023 tarixində arxivləşdirilib.
  7. "Gazprom: Nord Stream 1 gas to stay shut until fault fixed, "workshop conditions needed"". Reuters (ingilis). 2022-09-02. 2023-05-13 tarixində arxivləşdirilib.
  8. "Germany freezes Nord Stream 2 gas project as Ukraine crisis deepens". 2022-02-22. 2022-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
  9. "Biden vows to end German-Russian gas pipeline if Ukraine is invaded". 2022-02-07. 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
  10. Shalal, Andrea. "Biden pledges end to Nord Stream 2 if Russia invades Ukraine". Reuters. 8 February 2022. 22 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2024.