Norman Abel

Norman Abel (ing. Norman Abeles; 15 aprel 1928, Vyana) — Avstriya əsilli ABŞ psixoloqu.

Norman Abel
Doğum tarixi 15 aprel 1928(1928-04-15) (96 yaş)
Doğum yeri
  • Vyana, Birinci Avstriya Respublikası[d]
Elm sahəsi psixologiya
İş yeri
Təhsili

Norman Abel 1928-ci ildə Vyanada anadan olmuşdur. Əvvəlcə Nyu-York Universitetində (1949-cu ildə bakalavr dərəcəsi), sonra Ostin şəhərindəki Texas Universitetində (1952-ci ildə magistr dərəcəsi) təhsil almışdır. 1958-ci ildə həmin universitetdə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 1968-ci ildən Miçiqan Ştat Universitetində psixologiya professorudur. 1997–1998-ci illərdə Amerikan Psixoloqlar Birliyinin prezidenti olmuşdur.[1]

Norman Abel həmkarları ilə birlikdə ABŞ-də ən böyük psixoterapevtik audio yazılar arxivini yaratmışdır. Onun tədqiqatı əhvali-ruhiyyə və yaddaş arasındakı qarşılıqlı əlaqənin aspektlərini əhatə edirdi. O, öz işi ilə ABŞ-də peşəkar psixologiyanın inkişafına təsir göstərmişdir. Abel bir sıra aparıcı peşəkar psixologiya nəşrlərinin redaktoru olmuşdur. Klinik neyropsixologiya, psixoterapiya, məsləhət və hüquqi psixologiya sahəsindəki işi ilə tanınır.[1]

  1. 1 2 АБЕЛЬ Норман. Энциклопедический словарь. 2009.