North American F-100 Super Sabre

F-100 Super Sabre (Super Qılınc); ilk prototip uçuşu 25 may 1953-cü ildə reallaşdırılmış, North American firması tərəfindən yaradılmış və dizaynı North American F-86 Sabre modelinə əsaslanan bir qırıcı-bombardmançı təyyarədir. SSRİ rəqibi Mikoyan-Gurevich MiG-19 olmuşdur.

North American F-100 Super Sabre
Tipi Döyüşçü-bombardmançı təyyarə
Hazırlayan North American Aviation
İstehsalçı North American Aviation
İlk uçuş 25 may 1953
İstismara verilmə tarixi 27 sentyabr 1954
İstimarının bitmə tarixi 1979
İstismarçılar
Buraxılış sayı 2.294
Baza modeli North American F-86 Sabre
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Super Sabre modelinin pilot kabinəsi

F-100C modellərinə əlavə olaraq qırıcı-bombardmançı tip olan F-100D modelləri də yaradılmış və çox geniş istifadə sahəsinə malik olmuşdur. Qırıcı qabiliyyətləri inkişaf etdirilmiş, 4 ədəd AIM-9 hava-hava tipli döyüş raketi ilə təchiz edilmiş və taktiki bombardmançı təyyarə olaraq gövdə altında M-61 nüvə silahı daşıya biləcək vəziyyətə gətirilmişdir. Ayrıca olaraq iki nəfərlik təlim təyyarəsi versiyası olan F-100F modeli də, mövcuddur. Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən də, bu təyyarələrdən geniş şəkildə istifadə edilmişdir. 1953–1959-cu illər arasında 2294 ədəd istehsal edilmişdir ki, bunların da 1274 ədədi F-100D modeli olmuşdur. Bu təyyarələrdə Pratt & Whitney şirkəti tərəfindən F-86 təyyarələri üçün istehsal edilmiş olan J47 reaktiv mühərriklərinin təkmilləşdirilmiş versiyası olan J57 modelləri istifadə edilmişdir. "Afterburner"li olan bu mühərriklər 10.000lb gücündə itələmə gücü istehsal edən ilk ABŞ turbojetidir. F-100 təyyarələrinin ləqəbi "Super Sabre" olmuşdur.

F-100

1958-ci ildən etibarən Türkiyə Hərbi Hava Qüvvələri F-100 döyüş təyyarələrini MAP proqramı daxilində təslim almağa başlamışdır. İlk gələnlər F-100D və F-100F modelləri olub, ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) arsenalından göndərilmişdir. Bu təyyarələrdən ümumi olaraq 163 ədəd alınmışdır. Bunların arasında çox az miqdarda Danimarkadan gələnlər də vardır. Bu tədarükü 1972-ci ildən başlayaraq F-100C modelləri izləmişdir. Bunlardan 115 ədəd göndərilmişdir. Bu təyyarələrin ən azı Türkiyə Hərbi Hava Qüvvələrinin beş aviabazası tərəfindən istifadə edildiyi məlumdur.

İstanbul Aviasiya Muzeyində nümayiş etdirilən F-100 Super Sabre

Türkiyə F-100 təyyarələrindən Kipr Sülh Hərəkatı zamanında da, aktiv və təsirli bir şəkildə istifadə etmişdir. Türkiyə Hərbi Hava Qüvvələrinin arsenalından sonuncu F-100 modelləri 1988-ci ildə çıxarılmışdır.

F-100 təyyarəsi Napalm Bombası atarkən

Koreya müharibəsi zamanı istifadə olunan North American F-86 Sabre təyyarələrinin varisi kimi yaradılmış F-100 ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) ilk düz uçuşda səsdən sürətli uçmağı bacaran təyyarəsi idi. İlk prototip uçuşu 25 may 1953-cü ildə olmuşdur. İlk kütləvi istehsal təyyarəsi isə 1953-cü ilin oktyabr ayında hazır olmuşdur. İstehsalı 1959-cu ildə dayandırılana kimi North American şirkəti ümumi olaraq 2,294 ədəd F-100 istehsal etmişdir. Bunlardan 1274 ədədi F-100D, 339 ədədi isə F-100F modeli olmuşdur. Əvvələr hava döyüşlərində düşmən təyyarələrini məhv etmək üçün nəzərdə tutulmuş, daha sonraları qırıcı-bombardmançı təyyarə versiyası hazırlanmışdır. Qırıcı-bombardmançı modeli ilk əməliyyat vəzifəsini Vyetnam müharibəsi zamanı həyata keçirmişdir. Burada körpüləri, çay gəmilərini, magistral yolları və düşmənin sızmış olduğu məhəllələri bombardman etmək vəzifəsini almışdır.

F-100C. İlk əməliyyat modelidir və ilk uçuşunu 1955-ci ildə həyata keçirmişdir. Havada yanacaq qəbulu, əlavə yanacaq drop çənləri və elektron bombardman təchizatı kimi bir çox yenilikləri özündə cəmləşdirmişdir.

F-100C Havada yanacaq qəbulu zamanı (1964)
North American F-100C Super Sabre muzeydə
121-ci Taktiki Qırıcı Eskadronunun tərkibində xidmət edən F-100C

Qırıcı-bombardmançı modeli olan F-100D ilk uçuşunu 24 yanvar 1956-cı ildə həyata keçirmişdir və seriyanın ən inkişaf etdirilmiş istehsal modeli olmuşdur. Supersonik reaktiv avtopilotu və aşağı hündürlükdə bombardman sistemi kimi yenilikləri özündə əks etdirirdi. USAF Aviasiya Akrobatikası Qrupu ("Thunderbirds") tərəfindən 1964–1968-ci illərdə istifadə edilmişdir.

F-100D modelinin pilot kabinəsi
USAF Aviasiya Akrobatikası Qrupunun ("Thunderbirds") F-100C ilə çıxışı (1956)
USAF Aviasiya Akrobatikası Qrupu ("Thunderbirds") uçuşda (1956)
North American TF-100C

F-100F əslində F-100D modelinin iki nəfərlik ekipaj üçün uzadılmış modelidir. USAF supersonik təlim təyyarəsi tələb etdikdən sonra bir ədəd F-100C modeli North American şirkəti tərəfindən qiymətləndirilməsi üçün nəzarətə götürüldü. TF-100C olaraq adlandırılan bu təyyarə 1956-cı ilin avqust ayında uçmuşdur, ancaq 9 aprel 1957-ci ildə qəzaya uğradı. İlk uçuşu 7 mart 1957-ci ildə həyata keçirilən F-100F modelinin silah yükünün azaldılmasına baxmayaraq, F-100D modelinin müharibə zamanı havada üstünlük və qırıcı-bombardmançı xüsusiyyətlərini özündə saxlamağı bacarmışdı. F-100F modellərinin bir qismi anti-radar modeli olaraq inkişaf etdirilmiş yer-hava tipli döyüş raketləri (SAM) ilə raket bazalarına, radar komandanlı zenit batareyalarına qarşı hücum edə biləcək səviyyəyə gətirilmişdir.

Danimarka Hərbi Hava Qüvvələrinin arsenalında olmuş North American TF-100F Super Sabre
356-cı Taktiki Qırıcı Eskadronunun tərkibində xidmət edən F-100F

Hər üç model də Türkiyənin daxil olduğu müttəfiq dövlətlərdə və NATO qüvvələrində xidmət etmişdir.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olan North American QF-100F Super Sabre

Taktiki-texniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilmiş olan North American F-100 Super Sabre

Ümumi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Ekipaj: 1
  • Yükləmə limiti: ()
  • Uzunluq: 50 ft (15.2 m)
  • Qanad uzunluğu: 38 ft 9 in (11.81 m)
  • Hündürlük: 16 ft 2¾ in (4.95 m)
  • Qanad sahəsi: 400 ft² (37 m²)
  • Boş çəkisi: 21,000 lb (9,500 kq)
  • Yük ilə birlikdə çəkisi: 28,847 lb (13,085 kq)
  • Maksimum yükgötürmə qabiliyyəti: 34,832 lb (15,800 kq)
  • Güc mənbəyi: 1ədəd Pratt & Whitney J57-P-21/21A turbojet
    • Quru itələmə: 10,200 lbf (45 kN)
    • Artyanacaq ilə birgə itələmə: 16,000 lbf (71 kN)
  • Sıfır qaldırma sürtünmə qatsayısı: 0.0130
  • Sürtünmə sahəsi: 5.0 ft² (0.46 m²)
  • Əyilmə nisbəti: 3.76
  • Maksimum sürət: 750 kn (864 mph, 1,390 km/h)
  • Mənzil: 1,733 NM (1,995 mi, 3,210 km)
  • Xidmət tavanı: 50,000 ft (15,000 m)
  • Dırmanma nisbəti: 22,400 ft/min (114 m/s)
  • Qanad yüklənməsi: 72.1 lb/ft² (352 kq/m²)
  • İtələmə/Ağırlıq: 0.55
  • Qaldırma-sürüklənmə nisbəti: 13.9
  • Silahlar: 4 ədəd 20 mm-lik (0.787 in) M39 topu:
  • Döyüş raketi
    • 4 ədəd AIM-9 Sidewinder və ya
    • GAM-83 Bullpup
  • Bombalar: 7,040 lb (3,190 kq) silah, uyğun silahlar:

Bombalar və ya

    • Mark 7 nüvə silahı və ya
    • Mk 28 nüvə silahı və ya
    • Mk 43 nüvə silahı və ya
    • Mk 57 nüvə silahı və ya
    • Mk 61 nüvə silahı
  • Minneapolis-Honeywell MB-3 avtomatik pilot
  • AN/AJB-1B aşağı hündürlükdə bombardman sistemi
Türk Hava Qüvvələri tərəfindən istifadə edilmiş olan North American F-100C Super Sabre

F-100D modelinin xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
118-ci Taktiki Qırıcı Eskadronunun tərkibində yer almış F-100D
  • Ekipaj: 1
  • Mühərrik: Pratt& Whitney J-57-P-21
  • İtələmə gücü: 71 kN
  • Eni: 11.81 m
  • Uzunluq: 16.47 m
  • Hündürlük: 4.91 m
  • Maksimum çəkisi: 17.200 kq
  • Maksimum sürət: 1530 km/saat
  • Kreyser sürəti: 970 km/saat
  • Mənzili: 3250 km
  • Xidmət tavanı: 16700 m
  • Silah təchizatı: 4 ədəd 20 mm-lik M-39 topu və ya MG pulemyotu, 2 ədəd GAM-83A Bulldog döyüş raketi, 4 ədəd GAR-8 Sidewinder döyüş raketi, raketlər, maksimum 3200 kq ağırlığında bombalar.