Northrop (ing. Northrop Corporation) — 1939-cu ildən 1994-cü ilə qədər mövcud olmuş aviasiya şirkəti. O, 1994-cü ildə Grumman ilə birləşərək Northrop Grumman adını almışdir.[1] Şirkət 1928-ci ildə Con Nortrop tərəfindən Avion Corporation adı altında yaradılmışdır. 1929-cu ildə United Aircraft and Transport Corporation adını almış olsa da, 1939-cu ildə "Northrop Corporation" adı ilə Moye Stephens tərəfindən yenidən təshis edilmiş və 1994-cü ildə birləşərək Northrop Grumman şirkətinə çevrilmişdir. Birləşmədən əvvəl bombardmançı, hərbi təyyarələr və yük təyyarələri istehsalından əlavə təyyarə hissələri və avadanlıqları, idarə edilən döyüş raketləri ilə bunların avadanlıqları və vəsaitlərini kimi çoxsaylı məhsullar istehsal edirdi.
Northrop Corporation | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Aerokosmika sənayesi |
Məhsulu | təyyarə |
Təsis tarixi | 1939 |
Bağlanma tarixi | 1994 |
Bağlanma səbəbi | Grumman Corporation ilə birləşməsi |
Varis | Northrop Grumman |
Baş qərargahın yeri | Houtorn, Kaliforniya, ABŞ |
Struktur | |
Ana şirkət | Northrop Grumman |
Vikianbarda əlaqəli mediafayllar |