Northrop T-38 Talon, ABŞ-nin Northrop Corporation şirkəti tərəfindən istehsal edilmiş olan reaktiv mühərrikli təlim təyyarəsidir. İlk uçuşunu 10 mart 1959-cu ildə etmişdir. 1961-ci ildə xidmətə qəbul edilmiş və hal-hazırda da aktiv şəkildə istifadə olunur. 1961–1972-ci illər arasında 1187 ədəd istehsal edilmişdir. Maliyyə dəyəri 756.000 ABŞ dolları təşkil edir.
Northrop T-38 Talon | |
---|---|
İstehsalçı | Northrop Corporation |
İlk uçuş | 10 mart 1959 |
İstismara verilmə tarixi | 17 mart 1961 |
İstismarçılar | |
Buraxılış sayı | 1.187 |
Vikianbarda əlaqəli mediafayllar |
1961-ci ildən 1972-ci ilə qədər istehsal olunan T-38 təlim təyyarələri 21-ci əsrin texnologiyası ilə ayaqlaşmaq üçün bəzi modernizasiya edilirlər. Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən 68 ədəd T-38 ARI programı əsasında TUSAŞ tərəfindən modernizasiya ediləcəkdir.[1][2]
T-38A “Talon”, iki mühərrikli yüksək hündürlüklü bir səsdən iti sürət ilə uçan təlim təyyarəsidir. T-38 qanadlarının ön tərəfi geriyə doğru əyilmiş vəziyyətdədir və gövdəsi aerodinamik quruluşa malikdir. Bu təyyarədə müəllim pilot və tələbə pilot ardıcıl olaraq bir-birinin arxasında katapult ilə təchiz edilmiş olan oturacaqlarda oturaraq kondisionerli bir pilot kabinəsində işləyirlər. Kritik komponentlər bel səviyyəsindədir və texniki heyət tərəfindən asanlıqla əldə edilə bilər. T-38, yüksək səviyyədə işləmə qabiliyyətli və baxılması asan, son dərəcə qənaətcil və eyni zamanda çox yüksək etibarlılıq səviyyəsinə sahib bir təyyarədir. Bu keyfiyyətlərinə görə bir çox müttəfiq ölkələr tərəfindən bəyənilmişdir.
T-38 695 metrə qədər olan qısa uçuş-enmə zolaqlarından havaya qalxır və bir dəqiqədə 9000 metrə kimi hündürlüyə çata bilər. Tələbə pilotlar T-38-də səssiz uçuş texnikası, akrobatika, qol uçuşu, gecə və alət uçuşu təlimi alırlar. Bu günə qədər 60 mindən çox pilot döş nişanlarını bu təyyarədə qazanmışdır.
“Talon” ilk uçuşunu 1959-cu ildə reallaşdırmışdır və 1961-ci ildən istehsalının başa çatdığı 1972-ci ilə qədər 1100-dən çox T-38 ABŞ Hərbi Hava Qüvvələrinə (USAF) çatdırılmışdır.
“Pacer Classic” adlı bir proqram T-38-lərin ömrünü gövdə dözümlülüyü baxımından 2020-ci ilə qədər uzatmaq üçün tətbiq edilmişdir. Bundan əlavə, avionikada düzəlişlər edilməklə, bütün T-38-lər T-38C tipinə çevriləcəkdir.
T-38B silah daşıya bilir, tək pilotludur.