Norveç əhalisi — 4 985 900 nəfərdir.[1] Ölkə bu göstəriciyə görə dünyada Sinqapur və İrlandiya arasında yerləşib və 118-ci yerdədir. Ölkədə orta yaş həddi 40 yaşdır. Norveçdə doğum səviyyəsi (hər 1000 nəfərə 10.84) ölüm səviyyəsini (hər 1000 nəfərə 9.24 ) üstələyir. Buna baxmayaraq mühacirlərin hesabına əhali sayında artım müşahidə olunur.[2] Proqnozlara əsasən, 2060-cı ilə qədər Norveç əhalisi 7 milyona qədər arta bilər.[3]
Əhalinin 94 %-i özünü norvüçli sayır. Azsaylı yerli xalq olan saamlar xüsusi qrup təşkil edirlər. Digər etnik azlıqlar isveçlilər (1,6 %), kvenlər (finlərə və saamlara yaxın xalq), yəhudilər və qaraçılardır. Ölkədə digər Avropa ölkələrindən gəlmələr də yaşayırlar: polyaklar (1,3 %), datlar (1,0 %), almanlar (0,8 %). Bundan başqa Norveçdə müəyyən sayda İrandan, Pakistandan, Türkiyədən gələnlər də var.[4]
İl | Əhali |
---|---|
1000 | 460 000 |
1300 | 450 000 |
1500 | 225 000 |
1550 | 350 000 |
1600 | 400 000 |
1650 | 450 000 |
1665 | 440 000 |
1700 | 480 000 |
1710 | 508 000 |
1720 | 537 000 |
1730 | 567 000 |
1740 | 600 000 |
1750 | 634 000 |
1760 | 670 000 |
1770 | 709 000 |
1780 | 749 000 |
1790 | 792 000 |
1800 | 837 000 |
1810 | 885 000 |
1820 | 969 000 |
1830 | 1 101 000 |
1840 | 1 239 000 |
1850 | 1 409 000 |
1860 | 1 596 000 |
1870 | 1 754 000 |
1880 | 1 872 000 |
1890 | 2 001 000 |
1900 | 2 240 000 |
1910 | 2 392 000 |
1920 | 2 650 000 |
1930 | 2 814 000 |
1940 | 3 010 000 |
1950 | 3 265 000 |
1960 | 3 581 000 |
1970 | 3 877 000 |
1980 | 4 086 000 |
1990 | 4 241 000 |
2000 | 4 502 000 |
2007 | 4 620 892 |
2030 | 5 190 000 |
2050 | 5 220 000 |