Nosaka Avtomat Muzeyi (野坂オートマタ美術館, Nosaka Otomato Bicutsukan?) – Yaponiyanın Şizuoka prefekturasının İto şəhərində yerləşən və avtomat mexanizmlərə həsr olunmuş muzey.
Nosaka Avtomat Muzeyi | |
---|---|
Açılış tarixi | 18 mart 2000 |
Mövzu | avtomat |
Ölkə | |
Yerləşir | İto[d] |
34°53′21″ şm. e. 139°06′15″ ş. u.HGYO | |
automata.co.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Nosaka Avtomat Muzeyi 18 mart 2000-ci ildə avtomat kolleksiyaçısı Masao Nosaka tərəfindən açılmışdır.[1] Muzey avtomat mexanizmlərə həsr olunmuşdur. Dünyanın yeganə avtomat mexanizmlər muzeyidir.[2] Burada XVIII və XIX əsrlərdə Avropa mühəndisləri və saatsazları tərəfindən hazırlanmış avtomatlar sərgilənir.[3] Muzeydə kitabxana və mağaza yerləşir. Muzeyin videokolleksiyasına avtomatların hərəkətlərini, səslərini və ifadələrini əks etdirən videomateriallar daxildir.[4]
Muzey iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə giriş, bilet köşkü, məlumat masası, mağaza, sərgi və nümayiş guşələri, kafe yerləşir. İkinci mərtəbədə avtomat mexanizmlər düzəltmiş Mişel Bertranın İsveçrədəki studiyasının replikası, avtomat sərgisi və "Üç təlxək" adlı avtomatlar yerləşir. "Üç təlxək" burunlarında stul saxlayan və skripka, klarnet və saksafonda ifa edən üç avtomatdan ibarətdir.[5]