Nottinqem Trent Universiteti (ing. Nottingham Trent University) — İngiltərənin Nottinqem şəhərində yerləşən universitet.
Nottinqem Trent Universiteti | |
---|---|
52°57′23″ şm. e. 1°09′07″ q. u.HGYO | |
Şüar | "Shaping futures" (Gələcəyi formalaşdırmaq) |
Əsası qoyulub | 1843 |
Rektor | Maykl Parkinson |
Şəhər | Nottingem |
Ölkə | |
Sayt |
ntu.ac.uk ntu.ac.uk ntu.ac.uk |
Vikianbarda əlaqəli mediafayllar |
Nottinqem Trent Universiteti 1843-cü ildən mövcud olan bir neçə təhsil müəssisəsinin əsasında, 1992-ci ildə yaradılmışdır. Şəhərin mərkəzində və ətrafında yerləşən bir neçə universitet şəhərciyi var.
Universitet dörd kollecdən ibarətdir. Bu kolleclərə aşağıdakı fakültələr daxildir:
Bu fakültələrdən bəzilərinə aşağıdakı ixtisaslar daxildir:
Nottingem biznes məktəbi – mühasibat və maliyyə, iqtisadiyyat, biznes və menecment, rəhbərlik, insan resurslarının idarə edilməsi, strateji menecment, beynəlxalq biznes, marketinq, pərakəndə satış, əməliyyatlar, informasiya menecmenti.
Sosial elmlər fakültəsi – kriminologiya, cinayətin azaldılması, sağlamlıq və sosial qayğı, siyasət, sosiologiya, sosial iş, ictimai sağlamlıq, təhlükəsizlik və ətraf mühit, psixologiya, kiberpsixologiya, sosial siyasət, gənclərə aid tədqiqatlar, gənclərə aid hüquqşünaslıq, karyera təhsili, yönəltmə, məsləhət vermə.
Universitetin rektoru (Chancellor) Britaniyanın tanınmış media xadimi Maykl Parkinsondur (Michael Parkinson). O, universitetin yüksək səviyyəli tədbirlərdə əsas nümayəndəsidir. Universitet prorektor (Vice chancellor) Neyl Qorman (Neil Gorman) və Baş Menecment Qrupu tərəfindən idarə edilir. Ayrıca İdarəedicilər Şurası universitetin idarə olunmasına nəzarət edir.
"The Independent" qəzetinin apardığı sorğuya əsasən Nottingem Trent Universiteti Birləşmiş Krallığın 113 universiteti içərisində 52-ci yerdə, 1992-ci ildə və sonra yaranan (50-dən çox) uniersitetlər içərisində isə birinci yerdədir.[1] Məzunların işlə təmin edilməsi məsələsini universitet xüsusilə müvəffəqiyyətlə həll edir.[2]
Ətraf mühitə qoruyucu münasibətinə görə NTU ölkə universitetləri içərisində birinci yerdədir. Universitet karbon tullantılarını azaltmaq, elektrik cərəyanından optimal istifadə etmək, müxtəlif yollarla ətraf mühiti qorumaq məqsədilə böyük proyektlər həyata keçirir. NTU bu sahədə gördüyü işlərə görə layiq görüldüyü "yaşıl universitet" adını qürurla daşıyır.[3]