Yenilazarev — SSRİ daha sonradan isə Rusiyaya məxsus olan qütb stansiyası. Stansiya 18 yanvar 1961-ci ildə altıncı Sovet Antarkika ekspedisiyası zamanı işə salınmışdır[1]. Stansiya Şirmaher vahəsinin cənub-şərqində, Kraliça Mod Torpağının sahilində yerləşir. Lazarev dənizindən 80 km. aralıda qərarlaşır[1]. Stsnsiyadan şimalda şelf buzlağı keçir. Cənubdan isə msterik buzlağının eniş sahəsi qəralaşır. Hansı ki, artıq 50 km aralıda buzlağın qalınlığı 1000 metrdir. Eniş sahəsində, buz altında çoxlu sayda nunatoklar vardır. Bu stansiyasında meteorologiya, qlyasiologiya, okeanologiya, geofizika sahəsində araşdırmalar aparılır.
Stansiyanın inşa yerinin müəyyənləşləşdirilməsi Vladislav Qerboviçə[2] həvalə olmunmuşdur. Stansiya 18 yanvar 1961 ildə açılmışdır. O bölgədə yerləşən Lazarev stansiyasını əvəzləmişdir[2]. 30 aprel 1961-ci ildə altıncı Sovet Antarktika ekspedisiyasının həkimi, Leonid Roqozov Yenilazarev stansiyasında öz üzərində kor bağırsaqın iltihabı ilə əlaqədar cərrahiyyə əməliyyatı aparmışdır[3].
2007-ci ildə Yenilazarev stansiyası ətrafında taxtadan hamam inşa edilmişdir[4]. Bu abidə dünyanın rekordlar kitabına Antarktidada ağacdan inşa edilən ilk hamam kimi düşmüşdür[5].
Vahənin iqlimi kontinental soyuq teperatur şəaitində formalaşır. Bölgə intensiv günəş radiasiyasına məruz qalır. Bununla belə iqlimə əsas təsiri güçlü küləklər təsir göstərir. Küləklər əsasən şərq və cənub-şərq istiqamətində əsir. Bunun sayəsində vahəsində külək qış və yayda havanı olduqca soyudur. Aytıq havada havanın rütubəti 30-40 % olur. Bölgənin orta illik temperaturu -11°C olur. Minimal teperatur -41 °C, maksimal temperatur +9,9 °C olur. İllik yağıntının miqdarı 300 mm-dir. Qütb gecələri 2 ay davam edir. Heyvanlar aləminə gəldikdə burada nadir quşlar yuva qurur: Qar fırtınaquşu, Vinson Kaçurkası.
Stansiyadan 12 km cənubda, buzlaq üzərində Antarktidada olan ən uzun uçuş-eniş zolaqlarından biri yerləşir[6]. Bu zolaq 1979-cu ildə İl-76[1] təyyarələrinin qəbulu üçün işa edilmişdir.