Şirmaher vahəsi

Şirmaher vahəsi (Antarktida)
Şirmaher vahəsi
Şirmaher vahəsi Antarktida xəritəsində

Şirmaher vahəsi[1] (ing. Schirmacher Oasis) — Antarktidanın Kraliça Mod Torpağı ərazisində Şahzadə Astrid sahilinin mərkəzi hissəsində yerləşir. Antarktida vahəsi buzdan azad bölgə olaraq 35 km² ərazini əgatə edir. Vahə Lazarev dənizindən bir qədər aralıda qərarlaşır. Hündürlüyü 221 metr olan sahə təpəliklərdən ibarətdir. Burada çoxlu sayda kiçik göllər vardır. Şirmaher vahəsinin iqlimi Antarktidanın ümumi iqliminə nisbədə yumşaqdır. Burada orta illik temperatyr −10,4 °C-dir. Küləyin orta illik güçü 9,7 m/s, orta illik yağıntının miqdarı 264,5 mm, günlü saatların bir ay ərzində miqdarı 350[2] saatdlr.

Vahə ilk dəfə 1939-cu ildə alman ekspedisiyasının rəhbəri Alferd Riçer Yeni Şvabiyanı tətqiq edərkən aşkarlamışdır. Təyyarəçilər bölgənin səmadan şəkilini çəkərkən aşkarlamışlar. Bu səbəbdən vahə təyyarəçi Şirmaherin şərəfinə adlandırılmışdır[3].

Vahə ərazisində daimi qütb stansiyaları fəaliyyət göstərir: "Novolazarevskaya", "Maytri".

Adeli pinqvini, Şirmaher vahəsi
  1. "Bundesamt für Kartographie und Geodäsie, Verzeichnis deutschsprachiger geographischer Namen der Antarktis, Ergänzungen zur 2. Ausgabe 1993". 2009-01-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-12.
  2. W. Richter, P. Bormann. Weather and climate. The Schirmacher Oasis, Queen Maud Land, East Antarctica, and its Surroundings. Gotha 1995.
  3. "Himalayan Adventurer: Naming of Schirmacher Oasis". 2020-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-12.