Lazarev (Antarktika stansiyası)

Lazarev stansiyası (Antarktida)
Lazarev stansiyası
Lazarev stansiyası Antarktida xəritəsində

Lazarev stansiyası — fəaliyyətini dayandırmış Sovetlər Birliyinə məxsus olan qütb stansiyası. Stansiya 1959-cu ildən 1961-ci ilə qədər fəaliyyət göstərmişdir.

Elmi Lazarev stansiyası Dördüncü Sovet Antarktika ekspedisiyası zamanı 1959-cu ilin 10 martında açılmışdır. Stansiya Şahzadə Astrid sahilində şelf buzlağında inşa edilmişdir. Stansiya Antarktidanı kəşf edən Mixail Lazarevin şərəfinə adlandırılmışdır.

Stansiyada aerologiya, aktinimetriya, geomorfologiya, qlyasiologiya, meteorologiya və okeanologiya[1] sahəsində elmi araşdırmalar aparılmışdır. Burada xüsusi diqqət qütb parıltısına yönəldilmişdi. Stansiyanın mövcudluğu təhlükə doğururdu. Burada güçlü küləklər qarı sovuraraq stansiyanın üzərinə qədər qaldırırdı. Üstəlik şelf buzlağının qırılma ehtimalı mövcuddur[2]

Beşınci Sovet Antarktida ekspedisiyası işini bitirdikdən sonra 26 fevral 1961-ci ildə stansiya fəaliyətini fayandırılmışdır. Lazarev stansiyasından 80 km cənubda yeni stansiya fəaliyyətə başlamışdır. "Novolazarevskaya" stansiyası sələfindən daha əlverişli yerdə Şirmaher vahəsində yerləşir[3].

  1. "Лазарев (антарктич. научн. станция) (БСЭ, цитаты)". 2007-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-12.
  2. "VIVOS VOCO: М. А. Preovrajenskaya, L. М. Savatyuqin, «…Antarktida xəritəsində qadın adları»". 2014-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-12.
  3. "4-я Советская Антарктическая Экспедиция (САЭ) — ivki.ru/kapustin/ — Арктика Антарктика Филателия". 2007-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-12.