NOW — "The Walt Disney Company" adlı şirkətin tabeliyində olan, Türkiyədə yayımlanan televiziya kanalıdır. TGRT kanalının bağlanmasından sonra həmin kanalın tezliyində 24 fevral 2007-ci il tarixində yayıma başlamışdır. 24 yanvar 2024-cü il tarixində Disneyin FOX üçün aldığı ad haqqının dolması səbəbi ilə Türkiyədə 12 fevral 2024-cü il tarixindən etibarən NOW adını almışdır.
NOW | |
---|---|
Ölkə | Türkiyə |
Yayım ərazisi | Türksat 4A, Eutelsat W3A və Azerspace-1 peyklərinin əhatə dairəsi |
Dil | Türk dili |
Baş qərargah | |
Yaranma tarixi |
24 fevral 2007 (FOX) 12 fevral 2024 (NOW) |
Sahibi | The Walt Disney Company |
Şüar |
"Hayata FOXlanın FOX!" (24 Fevral 2007-18 May 2009) "Sen de Katıl." (19 May 2009-Sentyabr 2011) "Hepimiz FOX İzliyoruz." (Sentyabr 2011-2012) "5 Yıldır FOX İzliyoruz." (24 Fevral-10 Mart 2012) "Ailemizin Ekranı!" (Sentyabr 2013-İyun 2015) "Yaz Her Haliyle FOX'ta güzel." (İyun-Sentyabr 2015) "Şimdi FOX Zamanı!" (Sentyabr 2015-İyun 2016) "Bu Sezonda Yaz, FOX'ta Bir Başka Güzel." (İyun-Sentyabr 2016) "Sen de Gel FOX'a!"; (Sentyabr 2016-Sentyabr 2018) "Bu Sene Yine Çok FOX"; (Sentyabr 2018-İyun 2020) "Yaz FOX'ta Bir Başka Güzel" (İyun-Sentyabr 2020) "Daha Daha FOX" (Sentyabr 2020-Sentyabr 2021) "Hadi FOX'a" (Sentyabr 2021-23 Yanvar 2024) "Sevdiğiniz FOX Şimdi NOW Oluyor!" (24 Yanvar-12 Fevral 2024) "FOX Şimdi NOW" (12 Fevral 2024-h.h.) |
Sayt | nowtv.com.tr |
Vikianbarda əlaqəli mediafayllar |
"TGRT" İhlas Holdinqin tabeliyində olan "Huzur Radyo TV A. Ş." şirkətinə aid telekanal idi. 17 dekabr 2004-cü ildə İhlas Holdinq kanalın satıldığını açıqladı. Nəticədə şirkətin 56,5%-i satılmış oldu. "TGRT" kanalını satın alan ABŞ-nin media şirkətlərindən biri "News Corporation"ın sahibi Rupert Keit Murdoç idi. Daha sonra "News Corporation" digər hissədarları ilə də razılaşaraq bu şirkətin bütün hissələrini satın aldı. İhlas Holdinq "TGRT" kanalını satsa da, "TGRT Haber" və "TGRT Belgesel" kanallarını satmadı. "News Corporation" şirkəti bu işi Ahmet Ertegün vasitəsilə həll etdi. Ahmet Ertegünün "Atlantic Records" şirkəti ilə xatırlanan şirkət 2007-ci ilin fevralından etibarən "FOX" adı ilə icarəyə götürülən, əvvəl "Ət və Balıq Qurumu"na aid olan binadan yayımlanır.
Məşhur Smackdown ilə Raw bu kanalda yayımlanmışdı və daha sonra "SmartSpor HD" kanalına keçmişdi. Hər iki şounun da aparıcıları Bülent Ülgen ve Ali Aydın idi.
18 noyabr 2008-ci ildə "FOX" illərdir "TRT"-nin yayımladığı, "2016-cı il Yay Olimpiya Oyunları" və "2020-ci il Yay Olimpiya Oyunları"nın yayım hüquqlarını, Beynəlxalq Olimpiya Komitəsidən satın aldı.
19 may 2009-cu ildə yeni qrafikaları və introları ilə yeni yayım dövrünə keçmişdir. Həmçinin 2010-cu ildə "İtaliya A Seriyası"nın yayım hüquqlarını da satın almışdır. Lakin ayda 1–2 qarşılaşma yayımlanırdı.
"FOX"da yayımlanmış Beşiktaş-Fenerbahçe qarşılaşmasında 70 markanın 201 reklamı 35 dəqiqə ərzində ekranda yer yayımlanmışdı. Oyunun vacib anlarını reklamlara görə izləməkdə çətinlik çəkən tamaşaçıların narahatlığına qəzet yazarları da dəstək vermişdi. Həmin reklam strategiyası bir çox qəzetdə sərt tənqid hədəfi olmuşdu.
Kanal 1 iyul 2012-ci il tarixində loqosunda dəyişiklik etmişdir. Həmin gündə introlarını da yeniləyərək, 16:9 (geniş ekran) formatlı yayıma keçmişdir.
"NOW Ana Haber"i həftəiçi Nazlı Tolga təqdim etmişdi. 2020-ci ilin sentyabrından etibarən "NOW Ana Haber"i həftəiçi Selçuk Tepeli, həftəsonu isə Gülbin Tosun təqdim edir.
22 fevral 2017-ci il tarixində Azərbaycanda yayımı qadağan edilmişdir.
2019-cu ilin martında digər 21st Century Fox kanalları ilə birlikdə The Walt Disney Company tərəfindən 71,3 milyar dollar qarşılığında satılmışdır. 20 iyun 2023-cü il tarixində kanalın loqosunun rəngi qırmızı olmuştur.
24 yanvar 2024-cü il tarixində Disney'in FOX üçün aldığı ad haqqının dolması səbəbi ilə Türkiyədə 12 fevral 2024-cü il tarixindən etibarən NOW adını almışdır.
1 iyul 2012-ci ildə yayıma başlamışdır