Nukina Ho

Nukina Kayoku[a] (貫名 海屋?, 3 yanvar 1778[1][2][…], Ama əyaləti[d], Nankaydo[d]21 iyun 1863[3], Şimoqamo[d]) və ya əsl adı ilə Nukina KaneYaponiya rəssamı, xəttatı, konfusiçi alimi. Nanqa üslubunda rəsmlər çəkmişdir.

Nukina Kayoku
yap. 貫名菘翁
Doğum tarixi 3 yanvar 1778(1778-01-03)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 21 iyun 1863(1863-06-21)[3] (85 yaşında)
Vəfat yeri
Fəaliyyəti rəssam, xəttat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
"Unzen dağı payızda", Nukina Kayoku.

Ava əyalətində (indiki Tokuşima prefekturası) samuray ailəsində doğulmuşdur. Gənc yaşlarında xəttatlıq və Kano üslubunun rəssamlığını öyrənməyə başlamışdır. Daha sonra Koya dağında buddizmEdo şəhərində konfusiçilik dərsləri almışdır. Zen rahibi Hidaka Tetsuodan Çin ədəbi rəssamlığını öyrənmək üçün Naqasakiyə səyahət etmişdir. Daha sonra Kiotoya köçmüş, burada konfusiçilik məktəbi açmış, rəssamlıq və yazıçılıq ilə məşğul olmuşdur.[5]

Ömrünün axırlarında Kiotonun ən yaxşı xəttatı hesab olunurdu. Yamamoto BayitsuNakabayaşi Çikuto kimi rəssamların daxil olduğu sənətçi qruplaşmasının üzvü olmuşdur.[5]

Kayoku mühafizəkar Çin ədəbi ənənələrini izləmiş,[5] peyzaj rəsmləri üçün Çin rəssamlığından təsirlənmişdir.[6] Onun kompozisiyaları Ni Tszanın əsərlərini xatırladır, lakin o, satin üzərində sulu fırça işlərinə üstünlük vermişdir. Xəttatlıqda isə Kukayın işlərini bəyənmiş, lakin əsasən Çinin Tan sülaləsinin ustalarından təsirlənmişdir.[5]

  1. Digər adları: Nukina Suo, Nukina Ho.[4]
  1. 1 2 Nukina Kaioku // Union List of Artist Names (ing.).
  2. 1 2 Kaioku Nukina // Faceted Application of Subject Terminology.
  3. 1 2 Nukina Kaioku // https://artsandculture.google.com/entity/wd/m0v39yp3.
  4. Frédéric. səh. 729
  5. 1 2 3 4 Kodansha Encyclopedia of Japan. səh. 44
  6. Roberts. səh. 64
  • Frédéric, Louis. Japan Encyclopedia (ingiliscə). Harvard University Press. 2002. səh. 729. ISBN 9780674017535. İstifadə tarixi: 2 iyun 2024.
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka). Tokio: Kodansha. 1983. səh. 44. ISBN 0-87011-626-6. İstifadə tarixi: 2 iyun 2024.
  • Roberts, Laurance P. A Dictionary of Japanese Artists: Painting, Sculpture, Ceramics, Prints, Lacquer (ingiliscə). Weatherhill. 1976. 64. ISBN 0-8348-0113-2. İstifadə tarixi: 2 iyun 2024.