Sarı nelufər (lat. Nuphar lutea)[1] - nelufər cinsinə aid bitki növü.[2]
Sarı nelufər | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: ???: Sarı nelufər |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Nuphar luteum (L.) Smith - Sarı nelufər (Dırmaşan, sarı suzanbağı)
Çoxillik su bitkisidir. Sürünən, möhkəm, çoxsaylı ağ qaytanabənzər köklərdən ibarətdir. Kökləri silindrik, bir və ya bir neçə yan şaxələnən köklərə malik, uzunluğu 1-1,5 m (bəzən 3-4m), eni isə 13sm, xaricdən sarı-yaşıl, daxili ağ, tünd rombabənzər-dairəvi dişlidir. Zirvədə yerləşən yarpaq və çiçəklərin saplaqları möhkəmdir. Yarpaqları iki tiplidir: üzən-sıx, zəif dərili, yumurtayabənzər-ellipsvari, uzunluğu 15-17 sm dairəvikənarlı, əsası dərin oyuqlu, nazik və büküşlüdür. Çiçəkləri sarı, tək, uzun qaytanabənzər olub, suyun üzərinə sərilərək şarabənzər görünməklə, diametri 4-5 sm olur. May-avqust aylarında çiçəkləyir, iyul-sentyabr aylarında isə meyvələri yetişir. Toxumla və vegetativ yolla çoxalır.[3]
Yavaş axan sularda, göllərdə, köhnə nohurlarda, sakit axan çaylarda, dərinliyi 0,5–1 m və hətta 3–5 m olan sularda, körfəz və sahillərdə rast gəlinir.[3]
Xammal kimi köklərini may-oktyabr aylarında, çiçək və meyvələri toplanılır. Dərin olmayan sututarlarda köklərini iti bıçaqla kəsmək tövsiyə olunur. Kəsilmiş orqanlar tezliklə pöhrələyirlər.[3]
Köklərində çoxlu rütubət olduğundan əvvəlcə təbii qurutmaya (hava-günəş) üstünlük (10-15 gün) verilməlidir. Xammal açıq, lakin kölgəli, yaxşı ventiliyasiyalı naveslərdə, çardaxda 2-3 sm qalınlığında 60ОС temperaturda, quruducu şkafda 3 gün ərzində qurudulmalıdır.[3]
Zəhərli olduğundan dadı təyin olunmayandır(!).[3]
Xammal B siyahısına daxildir. Saxlanılma müddəti 2 ildir.[3]
Köklərində 0,3-0,8% xinolizidin sırası alkaloidləri, nuftein, tiobinufaridin, neotiobinufaridin, nufarin, nişasta (20%), steroidlərdən – sitosterin, stiqmasterin, sitosterin qlükozidi, sitoterinin palmitin efiri, askorbin turşusu, karotinoidlər, aşı maddələri (2,3%), ali yağ turşuları – palmitin və araxin vardır.[3]
Trixomonad əleyhinə dərmandır.[3]
Yabanı çoxillik ot bitkisi sarı suzanbağı otunun kəsilmiş və qurudulmuş kökləri keyfiyyətli mikrobəleyhinə, göbələkəleyhinə dərmandır.
Kökündən trixomonad kolpit xəstəliyində müvəffəqiyyətlə işlədilən lyuternurin adlı preparat hazırlanır.[3]
İkiləpəlilər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |