Nurəngiz Gün

Nurəngiz Gün (21 sentyabr 1938, Bakı, Azərbaycan SSR20 dekabr 2014, Bakı, Azərbaycan) — Azərbaycan şairəsi, aktrisası, diktoru.[1] Azərbaycan Yazıçılar Birliyinin üzvü (?-2014)

Nurəngiz Gün
Digər adı Nurəngiz Quliyeva
Doğum tarixi
Doğum yeri Bakı
Azərbaycan Azərbaycan SSR
SSRİ SSRİ
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Bakı
Azərbaycan Azərbaycan
Dəfn yeri
Uşağı
Fəaliyyəti Aktrisa

Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbini, ADİU-i bitirmişdir.

Nurəngiz Gün Azərbaycan Televiziyasında diktor vəzifəsində çalışmış[1], Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləmişdir.[2]

Prezident təqaüdçüsü olmuşdur.[1]

23 aprel 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Nurəngiz Günün 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Yubiley tədbirində Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak etmişlər.[2]

Nurəngiz Gün 20 dekabr 2014-cü ildə 76 yaşında Bakı şəhərində vəfat etmiş, dekabrın 21-də Yasamal qəbiristanlığında dəfn olunmuşdur.[3]

Babası məşhur həkim Mirzə Ələkbər Hacızadə Əfəndi 1937-ci ildə repressiya edilmişdir.[1]

Millət vəkili Jalə Əliyevanın anasıdır.[4]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Oxucularla ilk görüşə "Ulduz" jurnalında dərc edilən "Tanrı" (1981) povesti ilə gəlmişdir.[5]

Şairənin yaradıcılığında ən çox diqqəti cəlb edən məqam onun yalandan, riyadan uzaq olması, həqiqəti yazmasıdır. Daxilən azad bir şairə olan Nurəngiz Gün bütün əsərlərində, hətta ən kiçik şeirlərində belə sərbəstdir, səmimidir. O, cəmiyyətdə baş verən naqislikləri, əyintiləri daxili intellektual bir narahatlıqla, bir vətəndaş həssaslığı ilə ürəyindən qələminə köçürərək onları oxucuya təqdim etmişdir.[2]

Şairə Nurəngiz Günün eyni adlı poeması əsasında “Xocalı simfoniyası” filmi çəkilmişdir.[6]

2010-cu ildə Xalq artisti Aygün Kazımova Aygün Səmədzadənin Nurəngiz Günün sözlərinə bəstələdiyi "Yol gedirəm" mahnısını ifa etmişdir.

  • "Ağ qanadlar", 1986
  • "Günəşə dua", 1990
  • "Tanrı bəşər övladıdır",
  • "Yol gedirəm",
  • "Xocalı simfoniyası"
  1. Var olun, qızlar... (film, 1972)
  2. Uzaq yaşıl ada (film, 2004)
  1. 1 2 3 4 Elbrus Ərud. "Nurəngiz Gün: "Anarın qələmə aldığı Təhminə ölüb..." (müsahibə)" (az.). news.lent.az. 07.03.2009 / 13:00. 2015-04-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-20.
  2. 1 2 3 "Nurəngiz Gün - nurlu və günəşli poeziya". AzərTAc (az.). azertag.az. 23.04.2014 / 17:08. 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-20.
  3. Poeziyamızın Nurəngiz Gün itkisi, 525-ci qəzet, №234 (4251). 23 dekabr 2014-cü il. səh.7.
  4. Əliyeva, J. Sən mənim bitməyən düşüncəm...: [şairə Nurəngiz Gün haqqında] //525-ci qəzet.- 2015.- 19 mart.- S.7.
  5. "Azərbaycan qadın şairləri antologiyası", Bakı: "Avrasiya press", 2005. səh.206
  6. Günel. “Xocalı simfoniyası”nın təqdimat mərasimi keçirilib: [Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbüssü ilə həyata keçirilən şairə Nurəngiz Günün eyni adlı poeması əsasında çəkilmiş filmin təqdimatı haqqında] //525-ci qəzet.- 2011.- 23 fevral.- S.7; Mədəniyyət.- 2011.- 23 fevral.- S.6. Yeni Azərbaycan.- 2011.- 22 fevral.- S. 6.