Nurol Holding A.Ş., Türkiyədə fəaliyyət göstərən holdinq təşkilatı. Şirkət ticarət, müdafiə sənayesi, tikinti, maşınqayırma, istehsal, turizm, maliyyə, texnologiya, enerji, xidmət sahələrində fəaliyyət göstərir. 1966-cı ildə Arhavi (Artvin) mənşəli Çarmıklı ailəsinin üzvü olan 3 qardaşın müştərəkliyi ilə holdinqin ilk şirkəti olan Nurol İnşaat A.Ş. qurulmuşdur.[1][2] Çarmıklı ailəsinin üç üzvünün bərabər paya sahib olduğu xüsusi mülkiyyətdir.[3] Adını Nurəddin, Erol, Oğuz adlı qardaşların adlarındakı hecalardan götürmüşdür. Şirkətlər 1989-cu ildə holdinq çətiri altında birləşdirilmişdirlər.[4] Baş ofisi Ankaradadır. Ankaranın ən güclü konqlomeratlarından biridir.
Nurol Holdinq | |
---|---|
Nurol Holding A.Ş. | |
Ümumi məlumatlar | |
Tipi | Holdinq |
Sənaye | Ticarət, müdafiə sənayesi, tikinti, maşınqayırma, istehsal, turizm, maliyyə, texnologiya, enerji, xidmət |
Təsis tarixi | 1989 |
Baş qərargahın yeri | Türkiyə, Ankara |
Rəhbərlik | |
Təsisçilər | Nurettin Çarmıklı, Erol Çarmıklı, M. Oğuz Çarmıklı |
nurol.com.tr |
2001-ci ildə şirkətin 35 illik yubileyinə, keçmiş baş nazir və Türkiyə prezidenti Süleyman Dəmirəl qatılmışdır.[5] 2007-ci ildə Sabah - ATV tenderində iştirak etməklə media sektoruna daxil olmağı düşünmüşdü, lakin şirkətlərin maliyyə vəziyyətinə baxdıqdan sonra buna əleyhinə qərar verildi.[6]
İnşaat və Öhdəlik sahəsi;
Müdafiə və İstehsal sahəsi;
Maliyyə sahəsi;
Ticarət və Xidmət sahəsi;
Turizm sahəsi;