Nurziya Bahmanova

Nurziya Yaxinova Baqmanova (başq. Баһманова Нурзиә Яхъя ҡыҙы); 8 aprel 1963) — rusiyalı yüngül atlet (qaçışçı), dünya və Avropa çempionu, Rusiyanın əməkdar idman ustası (2000).

Nurziya Bahmanova
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 8 aprel 1963(1963-04-08) (61 yaş)
Təhsili
  • Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universiteti[d]
İdman növü yüngül atletika

Moskva Dövlət Bədən Tərbiyəsi İnstitutunun məşqçilik fakültəsinin məzunudur. Orta məktəbi fərqlənmə diplomu ilə bitirib. Həm də Lenin təqaüdçüsü, Moskva universitetləri arasında fəlsəfə mövzusunda elmi konfransın qalibi olmuşdur. 1990–1992-ci illərdə atletika üzrə SSRİ yığma komandasının (MDB) üzvü. 1993–1998-ci illərdə Rusiya milli yüngül atletika komandasının üzvü.

Nurziya əsasən marafon qaçışı üzrə və yüksəkmarafon (100 km qaçış) üzrə ixtisaslaşmışdlır. Nurziya Rusiyanın 100 km-lik marafon yürüşündə ilk dünya çempionudur.[1][2]

Ailəlidir. İki övladı var. Moskva şəhərində yaşayır. Oğlu — Pavel, qızı — Yaroslava Şvedova peşəkar tennisçidir. 2008-ci ildən Qazaxıstan Respublikası adından çıxış edir.

Nurziya 1991-ci ilin 25–26 mayında İtaliyanın Florensiya şəhərində keçirilən 100 km qaçış üzrə dünya çempionatında altıncı yerə layiq görüldü. Onun nəticəsi — 8:42.54.[3] 1992-ci il Nurziya üçün uğurlu oldu. İlk öncə İspaniyanın Palamos şəhərində keçirilən dünya çempionatında 7:44.37 nəticə ilə qalib oldu.[4] Daha sonra İspaniya (Madrid) açıq çempionatını qazandı. Barselonada olimpiya öncəsi çempionatının və Belçika açıq çempionatının birincisi oldu. İlin yekunlarına görə Nurziya Bahmanova "Dünyanın ən dözümlü qadını" tituluna layiq görüldü. 1992-ci ildə ona "Beynəlxalq dərəcəli idman ustası" adı verildi.

1993-cü ildə Paris marafonununda çempion oldu. 1994-cü ildə isə 100 km qaçış marafonunda komanda hesabında Avropa çempionu oldu. Həmən il Avropa çempionatının gümüş medalına layiq görüldü. 1995-ci ildə keçirilən Rusiya çempionatında (Podolsk) Avropa rekordunu müəyyənləşdirdi.

Nurziya müxtəlif beynəlxalq səviyyəli marafonların iştirakçısı və qalibidir. 2000-ci ildə ona əməkdar idman ustası adı verildi.

  1. "Cool Running :: A Conversation With 100 Km USA Team Members Jim Garcia and Kevin McGovern". 2011-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-02.
  2. "World and European Ultra Running Championships". 2011-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-02.
  3. IAU Newsletter Autumn edition 1991 p.p. 5–8 (ing.)
  4. "Arxivlənmiş surət". 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]