Nuxay Batırmurzayev (qum. Нухай Батырмурзаев; 1865, Yaxsay, Xasavyurd rayonu – 18 sentyabr 1919, Xasavyurd, Dağıstan MSSR) ― qumuq yazıçı, maarifçi[1].
Nuxay Batırmurzayev | |
---|---|
qum. Нухай Батырмурзаев | |
Doğum tarixi | 1865 |
Doğum yeri | |
Vəfat tarixi | 18 sentyabr 1919 |
Vəfat yeri |
|
Fəaliyyəti | yazıçı |
Batırmurzayev Nuxay 1865-ci ildə Yaxsay kəndində kasıb bir ailədə anadan olub. Doğma kəndində mədrəsədə təhsil alıb. Erkən yaşlarından yazmağı və oxumağı bacarıb, uşaqlıqdan türkcə kitablar oxuyub şərq ədəbiyyatı ilə yaxından tanış olub. Batırmurzayev ilk əsəri 1906-cı ildə yazıb. 1916-cı ildə oğlu Zeynalabdin və digərləri ilə birgə Xasavyurtda "Tanq Çolpan" (səhər ulduzu) ədəbi-dram dərnəyinin əsasını qoyub. Dağıstan ədəbiyyatında realist nəsrin əsasını qoyub. Qumuqları ana dilində oxumağa həvəsləndirmək məqsədilə bir çox ərəb nağıllarını qumuqcaya çevirib. Nəsr əsərlərinə nümunə kimi "Davud və Leyla", "Yazıq Həbibət və bəxtsiz Canbikə" əsərlərini göstərmək olar. 1918-ci ilin yazında ilk qumuq jurnalı olan "Tanq Çolpan" (Səhər ulduzu) jurnalının redaksiyasına rəhbərlik edib. Bundan başqa "Tanq yulduz", "Vakıt", "Müsavat" qəzetlərində müxbirlik edib. Yazılarının əsasını maarifçilik və qadınların təhsil alması mövzuları təşkil edib. 1919-cu ildə denikinçilər Nuxay Batırmurzayevi və onun oğlu Zeynalabdini güllələyiblər. Türk, ərəb, rus və digər dilləri bilib, zərgər olub[1].