Nyu-York sığınacaq evi (ing. New York House of Refuge) ― ABŞ-da azyaşlı cinayətkarlar üçün açılmış ilk islahedici müəssisə.[1] Müəssisə 1824-cü ildə Nyu-York şəhərinin Manhetten borosunun Baueri küçəsində açılmışdır,[2] 1839-cu ildə yanğın nəticəsində dağılmış və 23-cü küçəyə köçürülmüşdür, 1854-cü ildə isə Rendels adasında yerləşdirilmişdir.[3]
111 illik tarixi ərzində islahedici müəssisə şəxsi mənbələrdən maliyyələşdirilirdi, dövlət qurumlarından ancaq rəhbərlik, nəzarət və əlavə maliyyə alırdı.
1901-ci ildən başlayaraq qadın məhkumlar yeni açılan qadınlar üçün Nyu-York sığınacaq evinə (ing. New York House of Refuge for Women), indiki Takonik islah müəssisəsinə köçürüldü. 1930-cu illərdə yaşca daha kiçik kişi məhkumlar (12 ilə 15 yaş arası) Vorikdə yerləşən yeni dövlət təlim məktəbinə köçürüldü, yaşca daha böyük oğlanlar isə yeni tikilmiş Koksaki dövlət həbsxanasına köçürüldülər.[4] Sığınacaq evi 11 may 1935-ci ildə bağlandı.
The New York House of Refuge was the first juvenile reformatory in the nation. ...