Nyukomb adası

Nyukomb adasıFrans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adanın ən hündür nöqtəsi 67 metrdir.

Nyukomb adası
rus. Остров Нюкомба
Ümumi məlumatlar
Hündür nöqtəsi 67 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
80°29′06″ şm. e. 56°36′34″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Nyukomb adası xəritədə
Nyukomb adası
Nyukomb adası

Ada arxipelaqın mərkəzində, Hall adasından 6 km qərbdə, Mak-Klintok adasından 15 km şimalda, Çamp adasında isə 12 km cənubda yerləşir.

Adanın hündürlüyü 67 metri keçmir. Dairəvi formaya malikdir. Onun uzunluğu 4,5 km, eni isə 2,5 km-dir.

Ada Corc Vaşinqton De Lonqun ekspedisiyasının üzvü Raymond Li Nyukombın şərəfinə adlandırılmışdır. Ada 1899-cu ildə году Valter Vellman tərəfindən kəşf edilmişdir. Ancaq o adanı bir adalar qrupu olaraq zənn etmişdir. 1904-cü ildə Entoni Fial onun vahid bir ada olmasını müəyyən edir. O adanı «Şimal adası» adlandırır. Ancaq xəritələrdə Nyukomb olaraq qalır[1]

  1. "Ньюкомб Раймонд Ли (Имена на карте Арктики)". 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-18.