Nyuton Aleksandr Makkalli (ing. Newton Alexander McCully; 19 iyun 1867, Anderson[d], Cənubi Karolina – 1951[1][2][…] və ya 14 iyun 1951[3]) – ABŞ Hərbi Donanmasının zabiti. Rus-yapon müharibəsində müşahidəçi qismində iştirak etmişdir.[4]
Nyuton Aleksandr Makkalli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 iyun 1867 |
Doğum yeri |
|
Vəfat tarixi | 1951[1][2][…] və ya 14 iyun 1951[3] (83 yaşında) |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | ABŞ hərbi donanması |
Rütbəsi | Admiral |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Nyuton Aleksandr Makkalli 1867-ci ildə Cənubi Karolina ştatında doğulmuşdur. 1887-ci ildə ABŞ-ın Hərbi Dəniz Akademiyasından məzun olmuşdur. Rus-yapon müharibəsinin başlamasından bir neçə gün sonra leytenant-komandir rütbəsi ilə Rusiyaya göndərilmişdir. Transsibir dəmiryolu vasitəsilə səyahət etdikdən sonra Mancuriyaya çatmış və müharibəni Rusiyanın tərəfindən müşahidə etmişdir. Müharibə başa çatdıqdan sonra ABŞ-yə qayıtmış və müharibə haqqında yazdırığı raportu 1906-cı ildə donanma katibliyinə təqdim etmişdir. Bu raport Makkalli raportu kimi tanınmağa başlamışdır.[4]
Makkalli daha sonra USS California krayserinin icraçı məmuru, 1910-cu ildə Donanma Müharibə Kollecinin müəllimi olmuşdur. 1914-cü ildə donanma ateşesi kimi Sankt-Peterburqa göndərilmişdir. 1918-ci ilin sentyabrında Rusiyanın şimalındakı ABŞ donanmasının qüvvələrinə komandanlıq etmək ona həvalə olunmuşdur. 1919-cu ildə cənubi Rusiyaya göndərilmiş diplomatik nümayəndəliyinin başçısı təyin olunmuşdur. 1920-ci illərin əvvəllərində müxtəlif vəzifələri tutmuş və müvəqqəti olaraq vitse-admiral rütbəsi daşımışdır. 1925-ci ildə ABŞ donanma missiyasının başçısı kimi Braziliyaya getmişdir. Sonuncu vəzifəsi Çarlston şəhərində Altınca Donama Rayonunun komandanlığı olmuşdur. 1931-ci ildə təqaüdə çıxmışdır.[4]