Oçi Etsucin (越智越人?, 1656, Eçiqo əyaləti[d] – təq. 1739) – Edo dövründə yaşamış Yaponiya hayku şairi. "Matsuo Başonun 10 böyük şagirdi"ndən biridir.
Oçi Etsucin | |
---|---|
Doğum tarixi | 1656 |
Doğum yeri | |
Vəfat tarixi | təq. 1739 |
Fəaliyyəti | hayku şairi, indiqo boyaqçısı[d] |
1656-cı ildə Yaponiyanın Eçiqo əyalətində (indiki Niiqata prefekturası) doğulduğu güman olunur.[1] Kumamoto klanına xidmət edən ailənin ikinci oğlu idi. Əsas məşğuliyyəti boyaq ticarəti olmuşdur.[2]
İlk şeirləri Başo məktəbinin Naqoya qolu tərəfindən 1686-cı ildə nəşr olunmuş "Haru no hi" antologiyasında peyda olmuşdur. 1687-ci ildə Başonun Kiotodan Naqoyaya olan səfərində onu müşayiət etmişdir. 1688-ci ildə səfər Kiso marşrutu boyunca Edoya doğru davam etmiş və Başo tərəfindən "Saraşina Nikki" əsərində qeyd olunmuşdur.[1]
Etsucinin bir çox şeiri "Arano" (1689) və "Sanmino" (1691) kimi Başo məktəbinin antologiyalarında peyda olmuşdur. Naqoya qoluna mənsub olan bir çox şair kimi o da Başo məktəbindən uzaqlaşmış, 1695-ci ildən sonra ədəbi fəaliyyətini dayandırmışdır. 1715-ci ildə hayku şeirləri yazmağa qayıtmış, 1717-ci ildə "Şakubikan" adlı antologiya tərtib etmiş və 1720-ci ildə Kaqami Şiko ilə debata çıxmışdır. Etsucinin üslubu rasional tonla xarakterizə olunur.[1]