Oğuz-Həzbani münaqişəsi

Oğuz-Həzbani münaqişəsi Rəvvadilər dövləti ərazisində yerləşdirilən, Boğa, Göy Daş, Mənsur və Dana rəhbərliyindəki oğuz türkləri ilə bölgədə yerləşən Həzbanilər arasında baş vermişdir.

Oğuz-Həzbani münaqişəsi
Səlcuq axınları
Yeri Marağa, Urmiya
Nəticəsi Urmiya Danaya verildi.
Münaqişə tərəfləri

Oğuz türkləri
Rəvvadilər sülaləsi (bəzi mənbələrə görə)

Həzbanilər

Komandan(lar)

Dana
Əbu Mənsur Vəhsudan (bəzi mənbələrə görə)
ilk döyüşlərdə:
Boğa
Göy Daş
Mənsur

Əbul-Heyca ibn Rəbibüddövlə

Oğuzların Azərbaycana gəlişi Rəvvadi hökmdarı Vəhsudanın (1025–1058) dəvəti ilə olmuşdur. Vəhsudan, ərazidəki digər dövlətləri öz təsiri altına almaq üçün oğuzlarla ittifaq qurmuşdur. Ancaq qısa müddət sonra Vəhsudanla oğuzların ittifaqı dağıldı. Vəhsudanın onlara qarşı hazırladığı xəyanət planı ortaya çıxınca, oğuzlar dostluqlarını pozdular və Rəvvadi mülklərini talan etməyə başladılar. Oğuzlar narazılıqlarını büruzə vermək üçün Marağada bir məscidi də yandırdılar.

Bundan başqa, oğuzlar Həzbaniyye oymağından və xalqından çoxlu insanı qılıncdan keçirdilər. Bu hadisənin əslində Vəhsudanın istəyi ilə meydana gəldiyi haqqında məlumatlar vardır. Zira, Vəhsudan ilə Həzbaniyye oymağı başçısı Əbul-Heyca ibn Rəbibüddövlə bir-birlərinə düşmən idilər.

Ancaq Vəhsudan köhnə düşmənlərini zəiflətdikdən sonra oğuzların böyük bir siyasi və əsgəri güc kimi ortaya çıxmasından narazıydı. Bu məqsədlə Əbul-Heyca ilə ittifaq qurdu və oğuzlara qarşı düşmənçiliyini açıq şəkildə büruzə verdi. Bu vəziyyət qarşısında xeyli güclənən Vəhsudanla müharibə edə bilməyəcəklərini başa düşən oğuzlar Azərbaycanı tərk edib İraq tərəfinə getdilər.

Ancaq oğuz sərkərdəsi Dananın əmrindəki oğuz birlikləri Vəhsudanla qurduqları yaxşı münasibətlər sayəsində Urmiyaya yerləşdilər. Vəhsudan, Dananın qohumlarından bir qızla evləndi və oğuzları, xüsusilə də bu ərazilərdəki bəylərin gözünü qorxutmaq üçün Urmiyaya yerləşdirdi. Bu oğuz türkmənlərin Azərbaycanda ilk məskunlaşmasıdır.

1038-ci ildən sonra

[redaktə | mənbəni redaktə et]

1038-ci ildə Dananın idarəsində Urmiyada məskunlaşan oğuzlar Ərməniyyə ərazisində məskunlaşmış yerli əhaliyə hücum etdilər. Cərəyan edən hadisələrin sonunda oğuzlar əsir və qənimətlərlə geri dönmüşdür. Oğuzların bu zəfərinin arxasından Urmiyə ətrafında mövcud olan Həzbanilər sülaləsinə qarşı müharibə etdikləri məlumdur. Xüsusilə Vəhsudanın xahişi ilə bu əraziyə yerləşən Dananın qüvvətləri Həzbani Əbul-Heyceya gözdağı verirdilər. Oğuzların rahat hərəkəti və istədiklərini etmələri Əbul-Heycanı çox əsəbiləşdirmişdir. Buna görə, bütün gücünü yığıb onlarla vuruşmağa başladı. Bunun nəticəsində oğuzlar buradakı Həzbani idarəsindəki kəndlərə hücum etdilər. Talan və çoxlu insanın öldürülməsi Həzbanilərin geri çəkilməsinə səbəb oldu. F. Sumər haqlı olaraq, Vəhsudanın qız qohumluğu əvəzində başlıq pulu olaraq Urmiyəni Danaya dirlik payı verdiyini qeyd etməsi bu hadisələrlə əlaqədardır.

  • Əkbər N. Nəcəf. Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından — XIV əsrə qədər). Bakı: Qanun, 2010.