Oşikoçi Mitsune (yaponcaː 凡河内 躬恒, IX əsr – təq. 925, Heyan-kyo[d]) - Erkən Heyan dövründə sarayda inzibatçı, məşhur vaka şairi.[1]
Oşikoçi Mitsune | |
---|---|
yap. 凡河内躬恒 | |
Doğum tarixi | IX əsr |
Vəfat tarixi | təq. 925 |
Vəfat yeri |
|
Əsərlərinin dili | yapon dili |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən orta əsrlərdə yapon şairlərinin sosial tərkibi müxtəlif idi. Burada imperatorlara, feodallara, kəndlilərə rast gəlmək olurdu. Hətta şairlər içərisində rahiblər belə var idi. Saray inzibatçısı olan Oşikoçi Mitsunenin vaka şairi kimi tanınması da bu baxımdan dövrün qanunauyğunluğuna müvafiqdir.
Oşikoçi Mitsune 859-cu ildə anadan olub.
Yaponiya üçün xarakterik cəhətlərdən biri təbiəti seyr etmək ənənəsidir (“見” {mi} “baxmaq” heroqlifi ilə qeyd olunur). Məs., hanami (花見) – çiçəkləri seyr etmək, xüsusilə də, sakuranın çiçəklənməsi prosesi; tsukimi (月見) – ayı seyr etmək. Bəlkə də buna görə Yaponiya poeziyasında təbiətin, çiçəklərin təsvirinə daha geniş yer verilir, onlar simvollara çevrilirlər.
Köhnə budaqlarında Payız haqisinin Çiçəklər açıb. Onları izləyərkən, düşündüm ki, keçmiş sevgimi unutmaq mümkün deyil! |
Bənövşəyi və çəhrayı rəngdə olan haqi çiçəkləri Yaponiyada payızın ənənəvi rəmzi hesab olunur.
Yuxarıda verilən şeirin müəllifi isə Oşikoçi Mitsunedir. Oşikoçi Mitsune 794-1185-ci illəri əhatə edən Xeyyan dövrünün erkən mərhələsində sarayda inzibatçı, məşhur vaka şairi (859-925) olub. Onun adı, həmçinin, “36 ölməz şair” siyahısına daxildir.
Oşikoçi Mitsuneni Kai, İzuki, Avacidə əyalətlərinə qubernator kimi çalışıb. O, Kiotoya qayıtdıqdan sonra imperator Dayqonun (897-930) fərmanı ilə şairlər birliyinin başçısı təyin edilmiş və köhnə zadəgan ailəsindən olan Ki-no Tsurayuki`nin (866-945) başçılığı altında imperial poetik antologiyasının (Kokin Vakaşu) tərtibində iştirak edib. Kokin Vakasyu Köhnə və yeni yapon şeirlərinin toplusuna verilən addır. Bu topluda VIII əsrin ikinci yarısı - X əsrin əvvəllərinin sadəcə tanınmayan şairlərinin 1100 şeiri toplanmışdır. Külliyatın hər bir 20 vərəqi müəyyən bir mövzuya - ilin fəsillərinə, məhəbbətə və başqa mövzulara həsr olunmuşdur.
Oşikoçi Mitsunenin Yaponiya poeziyasına verdiyi töhfələr mühüm əhəmiyyət kəsb edir: rəsmi antologiyalara Oşikoçi Mitsunenin 193 şeiri daxil edilmişdir. Oqura Hyakunin işşu-ya (小倉百人一首) daxil olan vaka-sı onun daha da məşhur olmasına səbəb olmuşdur.[1] Vaka şeiri hərfən yapon musiqisi anlamını verir və orta əsrlərdə yapon şeir janrına verilən addır. Bu janr Xeyyan dövründə meydana çıxaraq Yapon poeziya üslubunu həmin dövrdə ədəbiyyatda üstün rola malik Çin poeziyası janrı kansidə fərqləndirmək məqsədi daşıyırdı.
Oşikoçi Mitsune 925-ci ildə vəfat edib.