Oşima adası

Oşima[1][2] (yap. 奄美大島) — Amami arxipelaqına daxil olan, Şərqi Çin dənizində yerləşən ada. Ada Yaponiyaya məxsus olur.

Oşima adası
yap. 奄美大島
Ümumi məlumatlar
Sahəsi 712,35 km²
Hündür nöqtəsi 694 m
Əhalisi 66.000 nəfər (2009-cu il)
Yerləşməsi
28°17′00″ şm. e. 129°22′00″ ş. u.HGYO
Ölkə  Yaponiya
Akvatoriya
Oşima adası xəritədə
Oşima adası
Oşima adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ada inzibati cəhətdən Kaqoşima prefekturası[3] ərazisinə daxildir. Adanın sahəsi 712,35 km² təşkil edir. Adada Amami şəhəri yerləşir. Şəhər mart 2006 ildə Nadze şəhəri, Tasuqo qəsəbəsi, Yamato kəndi, Uken və Setouti qəsəbəsinin yarı ərazisi birləşdirilməsi nəticəsində əmələ gəlmişdir.

Ada haqqında ilk məlumatlar 657-ci ildə yapon mənbələrində verilmişdir. Qədimlərdə ada Çin imperiyasına (Tan (618—907)) gedən yolun üzərində dayanacaq rolu oynayırdı. Bundan sonra ada uzun zaman unudulur. Sonradan adanı ryukyudan olan feodallar yenidən aşkarlayırlar. XV əsrdə ada Ryukyu krallığının tərkibinə keçir. 1609-ci ildə adalar və dövlət birlikdə Saşuma knyazlığına tabe etdirilir. 1611-ci ildə yaponlar Amami adasını ələ keçirilir. 2001-ci ilin 22 dekabr tarixində Şimali Koreya hərbi gəmisi ilə yapon gözətçi kateri arasında toqquşma baş vermişdir. Nəticədə Şimali Koreyaya məxsus olan gəmi heyəti ilə (minimum 15 nəfər) birlikdə dənizin dibinə gömülmüşdür[4].

Bütün Amami adalarında olduğu kimi adada da iqtisadiyyatın əsasları kənd təsərrüfatı və turizm üzərində qurulmuşdur. Burada batat, düyü və şəkər qamışı yetişdirilir. Mülayim iqlimi il ərzində iki dəfə düyü yığımına imkan verir. Adada az miqdarda olsa da belə əl üsülü ilə yüksək keyfiyyətli ipək hasilatı həyata keçirilir.

Adada Amami hava limanı yerləşir.

  1. Ito H., 2014. Endangered whale captured on film off Amami-Oshima Arxivləşdirilib 2014-02-02 at the Wayback Machine. The Asahi Shimbun. retrieved on 28-05-2014
  2. Oki K., 2014.1/28 セミクジラ!!!! Arxivləşdirilib 2017-07-01 at the Wayback Machine. 奄美大島撮影日記. retrieved on 28-05-2014
  3. Teikoku's Complete Atlas of Japan, Teikoku-Shoin Co., Ltd., Tokyo, ISBN 4-8071-0004-1
  4. "Suspected NK Spy Ship Sunk in East China Sea Arxivləşdirilib 2018-03-22 at the Wayback Machine". The Chosun Ilbo, 23 декабря 2001