O, sizə Dimon deyil (rus. Он вам не Димон) — Korrupsiya ilə mübarizə fondu[rus.] tərəfindən çəkilmiş və 2 mart 2017-ci ildə YouTube portalında yayımlanmış sənədli tədqiqat filmidir.
'O sizə Dimon deyil' | |
---|---|
rus. Он вам не Димон | |
Janr | Sənədli film-tədqiqat |
Əsas mövzu | Dmitri Medvedyev |
Rejissor | |
Baş rollarda | |
İstehsalçı | Korrupsiya ilə mübarizə fondu |
İlk baxış tarixi | 2 mart 2017 |
Müddət | 49 dəq. |
Büdcə | 415 000 rubl[1] |
Ölkə | Rusiya |
Dillər | rusca (ingiliscə, polyakca, rusca və fincə subtitrlarla) |
Əvvəlki film | Qağayı |
Rəng | rəngli |
IMDb | ID6679360 |
Filmdə Rusiya Federasiyasının 10-cu Hökumət başçısı Dmitri Medvedyevin ehtimal edilən əmlaklarından bəhs edilir. Filmdə iddia edilir ki, Medvedyev Rusiyadakı çoxpilləli rüşvət piramidasına rəhbərlik edir. Film müəllifinin subyektiv fikrinə görə, xeyriyyə fondları və təşkilatları vasitəsiylə Medvedyevin etimad etdiyi şəxslərin (qohumları və kurs yoldaşları da daxil olmaqla) adına rəsmiləşdirilmələr sayəsində, onun oliqarxların gəlirləri və Qazprombankdan alınmış kreditlər vasitəsiylə bahalı əmlaka yiyələnməsi vurğulanır. Filmdə təfsirçi rolunda fondun banisi Aleksey Navalnı çıxış etmişdir.
Filmin çıxarılmasından sonra KMF Rusiya Federasiyası Tədqiqat Komitəsinə müraciət edərək Dmitri Medvedyev və milyarder Alişer Usmanov haqqında rüşvət alınması iddiası ilə cinayət işinin başlanılmasını tələb etmişdir.[2] Bundan sonra Rusiya Federasiyası Kommunist Partiyasının sədri Gennadi Zyuqanov hakimiyyət bu iddialara cavab verməlidir. Rusiya Federasiyası Dövlət Dumasının RFKP-dan olan deputatı Valeri Raşkin Medvedyevə qarşı iddiaların yoxlanması xahişi ilə Tədqiqat komitəsinə müraciət etmiş, 20 aprel 2017-ci ildə komitədən ona cavab verilmişdir ki, filmdə göstərilmiş faktlar tədqiqat başlanılması üçün əsas deyil və deputatın müraciəti Baş Prokurorluğa yönləndirilmişdir.
Navalnı siyasətçilərin tədqiqata lazımi reaksiya vermədiklərini bildirərək, "hökümətin rüşvətlə bağlı iddialara cavab verməsini təmin etmək üçün" mitinqlər keçirməyə çağırış etmişdir.[3] Buna cavab olaraq, 26 mart 2017-ci ildə Rusiyanın müxtəlif şəhərlərində minlərlə adamın iştirakı ilə etiraz mitinqləri keçirilmişdir.
2017-ci ilin aprelində Medvedyev ilk dəfə KQMF-nun ona qarşı yönləndirilmiş ittihamları haqqında fikrini bildirmişdir. Fondun tədqiqatçını "cəfəngiyyat" adlandıran Medvedyev "siyasi saxtakarların süni məhsulunu şərh etmək istəmədiyini" bildirmişdir. Alişer Usmanov isə öz növbəsində Fondu və Navalnını böhtan iddiası ilə məhkəməyə vermişdir. 31 may 2017-ci ildə Moskvanın Lyublinskiy rayon məhkəməsi Navalnıya aparılmış tədqiqatın saxta olmasını bəyan etməyi və Usmanovla bağlı yayımlanmış materialı silməyi əmr etmişdir. Navalnı əmri yerinə yetirməkdən imtina etmiş və appelyasiya şikayəti verəcəyini bildirmişdir.
Filmin adı, Medvedyevin mətbuat katibəsi Natalya Timakovanın müsahibələrindən birində sosial şəbəkələrdə Dmitri Medvedyevin "Dimon" ləqəbi ilə adlandırılmasına etiraz etməsinə işarə edir.[4][5] (Rus dilində Dmitri adının hipokrizmi olan Dimon adı yaxın dostlar və qohumlar arasında kiçiltmə və əzizləmə anlamında işlədilir.)
Film on fəsilə bölünür:
Bütün fəsillər Korrupsiya ilə mübarizə fondunun veb səhifəsində yayımlanmışdır.[6].
2 mart 2017-ci ildə O sizə Dimon deyil filmi YouTube portalında yayımlanmışdır. İlk gündə video 1.5 milyon baxış sayı qazanmışdır. Bir həftədə 7 milyon baxış sayı qazanan film bu nəticə ilə Navalnı və Korrupsiya ilə Mübarizə Fondunun digər filmi olan "Qağayı"nın nəticələrini geridə qoymuşdur. İki həftədə videonun baxış sayı 13 milyona çatmışdır. Çıxarlmasından bir həftə sonra baxış sayı 17 milyon, 2017-ci ilin aprelində isə 20.2 milyon olmuşdur.[7]
Rusiyanın dövlət mətbuatı tamamilə, müstəqil mətbuatı isə əksərən araşdırmanın ortaya çıxardığı nəticələri görməzdən gəlmişdir.[8] Nə Dmitri Medvedyev özü, nə də Rusiya Federasiyasının başqa yüksək vəzifəli məmurları filmə reaksiya və şərh verməmişdir.[9] 10 mart 2017-ci ildə Dmitri Medvedyev Aleksey Navalniyni Instagramda bloklamışdır. 26 martda Navalnı Putin və Medvedyevi ittihamlara cavab verməyə məcbur etmək üçün küçə etirazlarının keçirilməsinə çağırış etmişdir.
31 may 2017-ci ildə Navalnı, milyarder Alişer Usmanov tərəfindən başladılmış diffamasiya ilə bağlı məhkəmə iddiasında məğlub olmuşdur. Moskvanın Lyublinski rayon məhkəməsi Navalniya videonu silməsini əmr etmiş, Navalniy isə əmri yerinə yetirməkdən boyun qaçırmışdır.[10]
İki gün davam edən məhkəmədə hakim Navalniynın Medvedyevin ifadə vermək üçün dəvət edilməsi də daxil olmaqla, bütün vəsatətlərini rədd etmişdir. Navalnı bildirmişdir ki, məhkəmə qərarı daha çox insanın etiraz üçün küçələrə çıxmasına əsas verəcək.[11]
Film aşağıdakı mətbu orqanlarda işıqlandırılmışdır: