Aleksey Anatolyeviç Navalnı (rus. Алексей Анатольевич Навальный; 4 iyun 1976[1][2], Butın[d], Moskva vilayəti[11][2] – 16 fevral 2024[3][4][…], Xarp həbsxanası[d], Yamalo-Nenets Muxtar Dairəsi[3]) — Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri, ictimai xadim, siyasi məhbus idi.[16]
Aleksey Navalnı | |
---|---|
rus. Алексей Анатольевич Навальный | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 iyun 1976[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 16 fevral 2024[3][4][…] (47 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | bilinmir[12] |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, vəkil, aktivist |
Həyat yoldaşı | |
Uşaqları | 2[10] |
Dini | şərqi ortodoks xristianlıq[13] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[14], hüquqşünaslıq[15] |
|
|
Təltifləri | |
navalny.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1976-cı il iyunun 4-də Moskva vilayətində doğulub. Rusiya Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsini bitirib, Rusiya Hökuməti yanında Maliyyə Akademiyasında, ABŞ-nin Yel Universitetində də təhsil alıb.[17]
2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının ("Yabloko") müxtəlif strukturlarına rəhbərlik edib, korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən olub, "DA!" gənclər hərəkatının, "Xalq" hərəkatının yaradıcılarından biri və Gələcək Rusiya Partiyasının (yaxud Tərəqqi Partiyası) lideri olmuşdur.[17]
Dövlət başçısı Vladimir Putinin ən sərt əleyhdarı kimi ad çıxaran Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Dəfələrlə inzibati həbs cəzası alıb.[17]
20 avqust 2020-ci il tarixində Navalnı Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən qəfildən halı pisləşib. Təcili Omsk xəstəxanasına yerləşdirilən müxalifətçi komaya düşüb.[16] Rusiyada Navalnıya maddələr mübadiləsinin pozulması diaqnozu qoyulub. Omsk xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko bildirib ki, xəstənin orqanizmində zəhər, yaxud zəhərlənmənin əlamətləri aşkarlanmayıb. Yaxın ətrafı isə Navalnının zəhərləndiyinə inanır. Avqustun 22-də səhər saatlarında onu Almaniyanın "Charite" xəstəxanasına yerləşdirdilər.[18] Orada aparılan klinik araşdırmaların nəticələri Aleksey Navalnının xolinesteraza inhibitorları qrupundan olan bir maddə ilə zəhərləndiyini göstərir. Aleksey Navalnı süni komaya düşüb, onun vəziyyəti ağır olsa da, həyatı üçün kəskin təhlükə yoxdur. Həkimlər zəhərlənmənin ağırlıq dərəcəsinin hələ müəyyən edilmədiyini və onun siyasətçinin orqanizmində hansı izləri buraxacağını dəqiqləşdirə bilməyiblər.[19] Avqustun 28-də "Charite" klinikasının ekspertləri Rusiya müxalifəti liderinə qarşı döyüş təyinatlı zəhərləyici maddənin tətbiq edildiyi qənaətindən çıxış edərək Almaniya ordusunun Münhendə yerləşən qapalı toksikoloji və farmakoloji labartoriyasından kömək istəyiblər. Həmin laboratoriyada Almaniyanın zəhərlər və döyüş təyinatlı kimyəvi zəhərləyici maddələr üzrə ən yaxşı mütəxəssisləri işləyir. Sorğu həm də Böyük Britaniyanın Port-Daunda yerləşən, bioloji və kimyəvi silahlar üzrə araşdırma Mərkəzinə də göndərilib.[20]
Müalicədən sonra Navalnı 2021-ci il yanvarın 17-də Berlin-Brandenburq hava limanından Moskvaya yola düşüb. Rusiyaya çatan kimi həbs edilib. Buna səbəb kimi Navalnının 2014-cü ildə cəzasının dayandırılaraq müvəqqəti azadlıq şərtlərini pozması göstərilib. Məhkəmə Navalnıya 3,5 il həbs cəzası vermişdi.[21] Bunun ardınca Rusiyada Aleksey Navalnının azadlığa buraxılması ilə bağlı razılaşdırılmamış etiraz aksiyaları keçirildi. Hökumət orqanları ilə razılaşdırılmayan etiraz aksiyaları əsasən paytaxt Moskva, Sankt-Peterburq, Kazan, Yekaterinburq, Novosibirsk və Krasnoyarsk şəhərlərində baş tutdu. Aksiyalar zamanı ümumilikdə 4 min nəfərdən çox etirazçı saxlanıldı.[22]
O, 16 fevral 2024-cü il tarixində Yamalo-Nenets Muxtar Dairəsində yerləşən "ИК-3 Харп" həbsxanasında öldü.[23][24][25]
2024-cü il martın 1-də siyasətçi Borisov qəbiristanlığında dəfn edilib; Dəfn mərasimi Moskvanın cənub-şərqindəki Maryinoda Allah Anasının “Kədərlərimi söndür” İkonu kilsəsində baş tutub.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |