O torpaqlar bizim idi

O torpaqlar bizim idiÇingiz Dağçının 1966-cı il tarixli romanı. Yazıçının 1958-ci il tarixli "Onlar da insan idi" adlı əsərinin davamıdır. Öncəki romanda kənddən qaçaraq qurtulan Səlim bu romanda əsas qəhrəmandır. Əsər 1938–1946-cı illər arasında cərəyan edən hadisələrdən bəhs edir. Krımda olan Çukurca kəndlilərinin kolxoz həyatını və II Dünya müharibəsi zamanı yaşadıqlarından bəhs etməkdədir.[1]

O torpaqlar bizim idi
türk. O Topraklar Bizimdi
Müəllif Çingiz Dağçı
Janr Roman
Mövzu İkinci Dünya müharibəsinin Krıma təsiri, almanrus işğalı.
Orijinalın dili Türkcə
Ölkələr Türkiyə Türkiyə
Orijinalın nəşr ili Türkcə
Nəşr 1966
Səhifə 514
Əvvəlki Onlar da insan idi
ISBN 933506241

Haqqında[redaktə | mənbəni redaktə et]

Roman Ağməscidin Çukurca kəndində keçməkdədir. Romanın ba qəhrəmanı isə Səlimdir. "Onlar da insan idi" adlı romanda Ayşənin oğlu Alimi Ağməscidə aparan şəxsdir. Kommunist Partiyasıyla əlaqəlidir. Var qüvvəsiylə bu ideologiyanın yayılması üçün çalışır.[2]

Sovet İttifaqının önəmli layihələrindən olan kolxoz kənddə insanları ehtiyac içinə salmış, kəndlilərin torpaqları müsadirə edilmişdir. Sistemin kənd rəisi isə Bilaldı. Dini ayinlər kimi ənənəvi haqlar belə gizlincə reallaşdırılmaqdadır. Sonrakı dövrdə kommunist hakimiyyət Bilalın kolxoz bölgəsinin yaxşı işlənmədiyini düşünürək bu kəndə Səlimi təyin edir. Səlim də bu kəndin insanıdır və yeni vəzifəsinə görə insanlar ona o qədər də isti yanaşmamaqdadır. Səlim buna görə xalqı razı salmaq üçün addımlar atmağa başlayır.[2]

Sonralar Səlimə yardım etməsi üçün Nataliya adında rus göndərilir. Səlimlə evlənirlər. II Dünya müharibəsinin başlamasından sonra nasistlərin Rusiyaya hücumundan sonra kənddə işlər qarışıq. Səlim almanlara qarşı döyüşmək üçün sovet ordusu sıralarına qatılır. İlk başlarda almanlar döyüşdə üstün gəlməkdədir. Səlim isə düşmənin vəziyyətini öyrənməklə görəvləndirilir. Bu zaman bir alman əsgərini əsir alır və bu əsgər sovetlər tərəfindən öldürülüncə vicdan əzabı çəkir. Almanların Sovet İttifaqını topa tutduğu zaman bir çox insan ölür və ya yaralanır. Səlim isə qolunu itirir. Səlimin kəndi də alman işğalına məruz qalmışdır. Almanlar xalqı yanlarına çəkmək üçün müxtəlif zülümlər edir, Nataliya isə Herhaupt Şreyber adlı alman zabiti ilə münasibətə başlamışdır.[2]

Əsir vəziyyətindəki Səlimi kənddən Bərbər Həsən və dostları qurtarır. Səlim kəndinə geri dönür və Nataliyanı ölüncəyə qədər döyür. Almanların etdiklərini gördükdən sonra isə onlarla döyüşmək üçün dağlara çıxır. Herhaupt Şreyberə məktub aparan birini ələ keçirir və onun yerinə məktubu apararaq Herhaupt Şreyberi tutur və rus dəstələrinə təslim edir. Qışın başlamasıyla da, almanlar müharibədəki üstünlüklərini itirir. Sovetlər Krımı geri almış və müxtəlif qətliamlara başlamışdır. Beləliklə, alman qətliamları yerinə sovet qətliamları başlayır. Sonrasında Səlim kəndinə geri dönərkən Alimlə qarşılaşır.[2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ayık Burçin. Cengiz Dağcı ve Cengiz Aytmatov'un Bazı Romanlarında Ruslaştırma ve Sömürü Politikası Olarak Kolhoz. Manisa: Celal Bayar Üniversitesi Sosyal Bilimler Enstitüsü. 2015. səh. 64-67.
  2. 2,0 2,1 2,2 2,3 Boz, İbrahim Boz. Cengiz Dağcı'nın Romanlarının Halk Bilimi Açısından İncelenmesi. Samsun: Ondokuz Mayıs Üniversitesi Sosyal Bilimler Enstitüsü. 2013. səh. 18-20.