Obayda adası

Obayda adası (yap. お台場) — Yaponiyanın Tokio körfəzidə yerləşən süni ada. Adanı Göy qurşağı körpüsü Tokionun mərkəzi ilə bağlayır.

Obayda adası
yap. お台場
Ümumi məlumatlar
Sahəsi 6,32 km²
Hündür nöqtəsi 21 m
Əhalisi 323 nəfər (2012-ci il)
Yerləşməsi
35°37′33″ şm. e. 139°46′34″ ş. u.
Ölkə  Yaponiya
Akvatoriya
Obayda adası xəritədə
Obayda adası
Obayda adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adanın tarixi 19-cu əsrdə[1], Yapon hərbi rəhbərliyinin artilleriya batareyalarını yerləşdirdiyi Tokio körfəzində möhkəmləndirilmiş kvadrat formalı adalar zəncirinin qoyulduğu vaxtdan başlayır. Tokuqava şoqunatının hərbi hökumətinin orijinal planına əsasən 11 süni ada hazırlamalı idi. Ancaq beşinin tamamlandığı, indiyə qədər onlardan ikisinin qorunub saxlanıldığı bildirilir. Bir neçə artilleriya topunun və tikililərin qalıqları hərbi istehkamlardan xəbər verir. 1960-1970-ci illərdə Tokio meriyasının layihəsinə uyğun olaraq, batareyalardan ikisindən başqa hamısı ləğv edildi. Buna səbəb gəmilərin sərbəst şəkildə Şinaqava limanına və Tennodzu adasına sərbəst daxil olması üçün edilir. 1979-cu ildə 13 nömrəli tullantı poliqonu (indiki Dayba məhəlləsi, Minato Xüsusi Dairəsinin Hiqaşi-Yaşio məhəllələri və Koto Xüsusi dairəsinin Aomi məhəlləsi) birbaşa 3 nömrəli Batareya ilə birləşdirilir. 6 nömrəli Batareya isə olduğu kimi saxlanılır. 1990-cı illərin əvvəllərində Tokio Qubernatoru Syuniti Suzuki ümumi əhalisi 100 min nəfər olan yeni ticarət və yaşayış binalarınin inşa ediləcəyi Obaydanın uzunmüddətli inkişaf planı həyata keçirməyə başladı[2]. Yenidənqurma işlərinin 1996-cı ilin yazında başa çatması planlaşdırılırdı. Lakin Suzukinin varisi Yukio Aoşima 1995-ci ildə o vaxta qədər 1 trilyon yen xərclənmiş planı ləğv etdi. Aparılan təhlillər nəticəsində sonrakı tikintinin faydasızlığı və iqtisadi məqsədəuyğunsuzluğu barədə qərar verildi. 1990-cı illərin əvvəllərində Tokio Qubernatoru Suniti Suzukinin hazırlatdığı ərazilər böyük özəl şirkətlərə icarəyə verildi. Bu gün ada mənzil və ofis tikintisi üçün Tokionun ən cəlbedici yerlərindən birinə çevrilib. Ərazinin dəyəri ildən-ilə artır. Vaxtında aktiv əldə edən özəl korporasiyalar, indi kirayə və icarə yolu ilə həmçinin, xeyli qazancı olan binalar tikməklə böyük gəlir əldə edirlər. 1990-cı illərin sonlarında ərazi Tokionun əsas istirahət və turizm yerlərinin birinə çevrildi. İlk otellər və ticarət mərkəzləri meydana çıxdı. Sonra Fuji Televiziyası da daxil olmaqla bir neçə böyük şirkət qərargahlarını Odaydaya köçürdü. 2002-ci ildə adaya Rinkay dəmir yolu xətti açıldı. Dörd il sonra Yurikamome qatarı Toyosu Metro Stansiyasına daxil oldu.

«Tokioda Səkkiz ballı» anime serialın baş qəhrəmanları zəlzələdən canlarını Odaybada qurtardığı bilirlər.

  1. "Историческая карта 1892 года" (yapon). 2007-11-28 tarixində arxivləşdirilib.
  2. "Карта с обозначением достопримечательностей" (ingilis). 2008-06-18 tarixində arxivləşdirilib.